Miranda Peyk - Wikipedia
Miranda — Uranın 5 sferoid peykindən ən kiçiyi və ən yaxını. Miranda Cerard Koyper tərəfindən 1948-ci il fevralın 16-da Teksasda yerləşən Mak-Donald rəsədxanasında aşkar edilmiş və Uilyam Şekspirin "The Tempest" adlı əsərindən Miranda adına layiq görülmüşdür. Uranın digər böyük peykləri kimi, Miranda da planetin ekvatorial müstəvisinə yaxın dövr edir.
Kəşfi | |
---|---|
Kəşf edən | Cerard Koyper |
Kəşf tarixi | 16 fevral, 1948 |
Təyinlər | |
Alternativ adlar | Uran V |
Orbital xarakteristikası | |
Böyük yarımoxu | 129 390 km |
Orbitinin ekssentrisiteti | 0.0013 |
Siderik fırlanma dövrü | 1,413479 gün |
Orbital sürəti | 6,66 km/dəq |
Əyilməsi | 0,074 radian |
Nəyin peykidir | Uran |
Özünə xas orbital xüsusiyyətlər | |
Özünə xas ekssentrisitet | 0,0013 |
Özünə xas əyilməsi | 0° |
Fiziki xarakteristikaları | |
Ölçüləri | 480 × 468,4 × 465,8 km |
Orta radiusu | 235,8±0,7 km (Yer radiusunun 0,03697-i) [1] |
Səthinin sahəsi | 700 000 km² |
Həcmi | 54 835 000 km³ |
Kütləsi | (6,4±0,3)×1019 kq[2] |
Orta sıxlığı | 1,20±0,15 q/sm³[3] |
0,079 metres per second squared | |
sinxron fırlanma | |
Şimal qütbünün meyllənməsi | 4,232° (Uranın ekvatoruna) |
Albedo | 0,32 |
Temperatur | 60 K[5], maks. 84 K[5] |
15,8 [4] | |
470 km diametri olan və hidrostatik tarazlıqda olduğuna inanılan Miranda Günəş sistemində ən yaxından izlənilən obyektlərdən biridir.
Mirandanın yaxından çəkilmiş yeganə görüntüləri 1986-cı ilin yanvarında Urana uçuşu əsnasında Mirandanı müşahidə etmiş Voyacer 2 zondu tərəfindən çəkilmişdir. Uçuş zamanı Mirandanın cənub yarımkürəsi Günəşə doğru yönəldiyindən yalnız bu hissə tədqiq edilmişdir.
İstinadlar
redaktə- ↑ Thomas, P. C. "Radii, shapes, and topography of the satellites of Uranus from limb coordinates". Icarus. 73 (3). 1988: 427–441. Bibcode:1988Icar...73..427T. doi:10.1016/0019-1035(88)90054-1.
- ↑ R. A. Jacobson (2014) 'The Orbits of the Uranian Satellites and Rings, the Gravity Field of the Uranian System, and the Orientation of the Pole of Uranus'. The Astronomical Journal 148:5
- ↑ Jacobson, R. A.; Campbell, J. K.; Taylor, A. H.; Synnott, S. P. "The masses of Uranus and its major satellites from Voyager tracking data and earth-based Uranian satellite data". The Astronomical Journal. 103 (6). June 1992: 2068–2078. Bibcode:1992AJ....103.2068J. doi:10.1086/116211.
- ↑ "Planetary Satellite Physical Parameters". JPL (Solar System Dynamics). 2009-04-03. 2011-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-10.
- ↑ 1 2 https://ui.adsabs.harvard.edu/abs/1986Sci...233...70H/abstract. doi:10.1126/SCIENCE.233.4759.70