Miri Qenberov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Miri Əhəd oğlu Qənbərov (25 may 1935, Siyov, Zuvand rayonu – 11 fevral 2020, Bakı) — Azərbaycan Respublikasının ticarət naziri.
Miri Qənbərov | |
---|---|
16 oktyabr 1994 – 24 iyun 1997 | |
Əvvəlki | Rizvan Huseynov |
Sonrakı | Fərhad Əliyev |
2000 – 2010 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Miri Əhəd oğlu Qənbərov |
Doğum tarixi | 25 may 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 11 fevral 2020 (84 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri |
|
Həyatı
redaktəMiri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi və komsomol təşkilatının katibi işləmişdir.1956-cı ildə Bakı Kooperativ Texnikumunu, 1964-cü ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) sənaye mallarının əmtəəşünaslıq fakültəsini bitirmişdir.
1956–1961-ci illərdə "Azərittifaq"-ın mərkəzi ticarət idarəsində əmtəəşünas, baş əmtəəşünas, 1961–1971-ci illərdə "Azərittifaq"-ın tikinti və təsərrüfat malları idarəsinin direktor müavini, 1971–1978-ci illərdə həmin idarənin baş direktoru, 1978–1979-cu illərdə "Azərittifaq"-ın baş mütəxəssisi, 1979–1981-ci illərdə Bakı şəhər Ticarət idarəsinin şöbə müdiri, Oktyabr (indiki Yasamal) rayon yeyinti idarəsinin direktoru, 1981–1994-cü illərdə Respublika "İdman Malları" topdan-pərakəndə satış birliyinin baş direktoru işləmişdir.
1994–1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışmışdır. 1997-ci ilin iyun ayından "Azərkontrakt" Səhmdar Cəmiyyətinin sədridir.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Estoniya, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.
2005-ci ildə "Şöhrət" ordeni, 2010-cu idə isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir. Bir çox mükafatlara layiq görülmüşdür. Ailəlidir, 4 övladı var.
Miri Qənbərov 11 fevral 2020-ci ildə vəfat edib.