Miri Yusif - Wikipedia
Miri Yusif (əsl adı: Mirbabayev Miryusif Mirheydər oğlu; 27 oktyabr 1977, Bakı)[1][2] — Azərbaycanlı müğənni, aktyor, bəstəkar və rəssam,[3] Azərbaycanın xalq artisti (2019).
Miri Yusif | |
---|---|
Mirbabayev Miryusif Mirheydər oğlu | |
Ümumi məlumatlar | |
Doğum adı | Miryusif Mirbabayev |
Ləqəbləri | Miri Yusif, Mir Yusuf |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktyor, bəstəkar və rəssam |
Fəaliyyət illəri | 1996 - indiyədək |
Janrlar | Etnik, Reggi, Rok, Şanson, R&B, Caz və Flamenko |
Əlaqəsi | Dəyirman |
Mükafatları | |
miriyusif.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMirbabayev Miryusif Mirheydər oğlu 27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Valideynləri Mirbabayev Mirheydər Mirhüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır.
Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mirbağır Mirheydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mirheydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur.
Şəxsi həyatı
redaktəMiri Yusif məktəb illərindən sonra ABŞ-yə gedir.[4] Miri Yusif burada bir çox işdə çalışır. Özünün "karantin" adlandırdığı bu dövrdə yeni ruhda, yeni tərzdə mahnılar yazmağa başlayır.[5]
Vaxt keçdi və onun həyatı öz axarına düşməyə başladı. Ona Amerikada yaxın dostu Teymur Nuriyev dəstək oldu. Artıq o, arada bir Bakıya gələ bilirdi. Bakıya gəldiyi bir vaxtda konsertdə bir qızla qarşılaşdı. Ertəsi gün həmin qız öz qardaşı və ailə dostları Fidan Qasımovayla onların evinə gəldi[6][7][8]. Cəmi bir ay sonra — 09.10.2008-ci ildə ailə həyatı qurur. Bu sevginin ilk töhfəsi "Sənin üçün" hiti, ən böyük nəticəsi isə 9 ay sonra dünyaya gələn Mirhüseyn oldu. 2011-ci ildə Adel adlı qız övladı dünyaya gəldi.[9][10]
Karyera
redaktəMusiqi karyerasına 1996-cı ildə "Dəyirman" qrupunun tərkibində başlayıb. Dəyirman bir-birini öncədən tanıyan bir dostluq qrupu idi. Dəyirman qrupunun, daha sonra isə solo karyeraya başlayan Miri Yusifin prodüseri Emin Əfəndidir. Emin də Dəyirman qrupunun digər üzvləri kimi bu dostluq komandasının bir parçası idi. Emin Əfəndi və Miri Yusifin iş birliyi indiyə qədər davam edir.
Dəyirman — Azərbaycanda fəaliyyət göstərən bir rep qrupu idi. Əvvəlcə qrup "GGG-ailəsi" adlandırılsa da, sonralar onun adı "Dəyirman"a dəyişdirildi. Azərbaycan tamaşaçıları qrupu müğənni Leyla ilə birlikdə "Sarı gəlin" mahnısına çəkdirdikləri klip ilə tanıdı. Sonralar "Dəyirman" Azərbaycanın bəzi xalq və uşaq mahnılarını rep üslubunda remiks etdi. Qrupun ən uğurlu mahnılarından biri "Ya Qarabağ, ya ölüm" sayılır.
Miri Yusif ABŞ-də yaşayarkən – 2005-ci ildə solo karyeraya başlamağa qərar verdi. İlk mahnı "Papa" mahnısı oldu. Daha sonra "Everrock Records" studiyasında "Avara" adlı ilk albomu yazıldı.
Bakıya qayıtdığı andan etibarən həyatında baş verən dəyişikliklər Miri Yusifin "Karma" albomunun yaranması yolunun başlanğıcı oldu. 1 dekabr 2010-cu il tarixində SS Production şirkətinin təqdimatı ilə "Karma" albomunun tanıtımı Miri Yusifin qısa solo konserti ilə müşaiyyət olundu.[11] Bu böyük səhnədəki konsertə yönəlmiş ilk addım oldu.
"Mən Heç Kiməm" adlı yeni sinql Miri Yusifin fəlsəfi axtarışının ilk nəticələrindən oldu. Musiqisi və sözləri Miri Yusifə məxsus olan bu track 2011-ci ilin sentyabr ayında sırf internet vasitəsilə yayımlanan "KARVAN EP" albomuna daxil edildi. Sözü gedən albom həm şərq, həm də qərb kaloritlərini özündə cəmləşdirən Miri Yusifin ilk EP albomu idi. Bu albomda yer alan "Səndən Olmaz" mahnısı isə 2011-ci ildə "İlin Hit Mahnısı" mükafatına layiq görüldü. Həmin ilin oktyabr ayının 15-də eyni adlı mahnının Eleven klubunda canlı alətlərin müşayəti ilə ilk klub konserti gerçəkləşdi. Miri Yusifin sayca 4-cü albomu olan "Nirvana" 2012-ci ildə işıq üzü gördü.[12] Albomun musiqi prodüseri Emin Kərimidir. Albomdakı Nigar Camal ilə duet oxunulan, bəstəkarı İsa Məlikova aid olan "Qal" trackinin klipi youtube kanalına yükləndiyi ilk gün ərzində 40.000 baxışla 2012-ci ilə qədər Azərbaycan Musiqi aləmində görülməyən rekord göstərici əldə etdi. "Nirvana"nın əvvəlki albomlardan fərqi onda idi ki, albomda yer alan bütün mahnılar canlı olaraq musiqi alətləri ilə müşayiət olunurdu. Albomun dizaynında isə Miri Yusifin uşaq vaxtı çəkdiyi şəkillərdən istifadə olunmuşdu.
"Məktub" mahnısı isə avqust ayında kliplə bir yerdə internetdə yayımlanandı. Məhz buna görə də bu mahnı 2012-ci ildə Miri Yusifə "Fəxri Fərman" mükafatını qazandırdı.
2013-cü ilin ilk aylarında musiqisi və sözləri Miri Yusifə məxsus olan "Mən Küləyəm" sinqlı internet və radio vasitəsilə yayımlandı. Qısa zaman keçməsinə baxmayaraq, bu mahnı pərəstişkarlar tərəfindən böyük şöhrət qazandı. 8 Mart ərəfəsində "Beynəlxalq Qadınlar günü" münasibətilə Miri Yusif Eleven klubunda xanımlar üçün öz musiqili hədiyyəsini – "ilk akustik" konsertini uğurla verdi. Konsertdə bütün mahnılar akustik və bas gitara, perkussiya alətlərinin köməyilə səsləndirildi. Böyük anşlaqla qarşılanan bu konsert çoxsaylı istəklərin nəzərə alınmasıyla yenidən həmin məkanda 15 Martda təkrarlandı.[13]
Miri Yusifin böyük konserti isə İyun ayının 28-i Yaşıl Teatrda tamaşaçıları bir araya topladı. 3 saata yaxın açıq havada davam edən konsertdə 2000-ə yaxın tamaşaçı iştirak etdi.
2013-cü ilin sonlarına yaxın "Ağ Qarğa" albomu dinləyicilərə Heydər Əliyev adına Sarayda keçirilən canlı konsertdə təqdim olundu. Albomun musiqi prodüseri "Nirvana"da olduğu kimi Emin Kərimidir. Albomda bir sıra yeni bəstələr yer aldı, o cümlədən retro mahnılardan biri olan "Küçələrə Su Səpmişəm" tam fərqli tərzdə muğam və rokla sintez olunaraq ifa olundu. Həmçinin alboma daxil olan "İki Doğma İnsan" mahnısı "İlin mahnısı" mükafatını qazandı.
2014-cü il 13 və 14 İyunda Yaşıl Teatrda "Yayın Ən Böyük" konserti reallaşdı. İki gün ərzində anşlaqla keçən solo konsertdə 4000-dən çox dinləyici iştirak etdi. Ən son illərdə 2016-cı ilin İyul ayinin 8–9-u "2 GÜN Solo Konsert" adlı konsert proqramı ilə "Yaşıl Teatr"da çıxış etdi. 1 Mart 2017-ci ildə Elektra Events Hall-da "Ad Günu" adlı canlı solo konsert baş tutur. Bu konsertlər arasında 24 Noyabr 2017-ci ildə Böyük Britaniyada, The QUBE PROJECT adlı məkanda Dj Chinanın da iştırakı ilə Miri Yusifin konserti baş tutdu. Həmçinin o, çox vaxt "Eleven" adli night clubda tez-tez canlı solo konsert verir.
Musiqi üslubu
redaktəDəyirman qrupunda fəaliyyət göstərdiyi dönəmlərdə rep ifaçısı olsa da solo karyeraya başladıqdan sonra Etnik, Reggi, Rok, Şanson, R&B, Caz və Flamenko tərzində mahnılar yazmağa başladı.
Nailiyyətləri
redaktə- İlin hit mahnısı – Səndən Olmaz (2011)[14]
- Fəxri Fərman – Məktub (2013)
- İlin Kişi müğənnisi (2013)
- İlin mahnısı – İki doğma insan (2014)[15]
- Azərbaycanın əməkdar artisti (27.05.2018)[16]
- Azərbaycanın xalq artisti (21.10.2019)[17]
Konsertlər
redaktəAzərbaycanda
redaktə- "Adınla Bağlı"(2011)[18]
- "Səndən Olmaz" (2011)[19]
- "Deja Vu" (2011)[20]
- "Nirvana" (2012)[21]
- "Miri Yusif & Nigar Jamal" (2012)[22]
- "Yaşıl Teatr" (2013)[23]
- "Ağ Qarğa" (2013)[24]
- "Yaşıl Teatr" (2014)[25]
- "Rixos Quba" (2014)
- "Eleven Lounge" (2014)[26]
- "Hesabat" (2015)[27]
- Yaşıl Teatr[28]
- Eleven Lounge (2015)[29]
Xaricdə
redaktəTurnelər
redaktə- Kanada (2012)[36]
Diskoqrafiya
redaktə2006 Avara
2010 Karma
2011 Karvan
2012 Nirvana
2013 Ağ Qarğa
2017 Rast Aman
2020 Al Teyyare
Videoqrafiya
redaktəSay | Klip | Tarix |
---|---|---|
01 | Bir Siqaret | 2010 |
02 | Bura Bakıdır ft. PRoMete | 2010 |
03 | Karma | 2010 |
04 | Petrol (duet Aygün Kazımova) | 2010 |
05 | Qınama | 2011 |
06 | Mən Heç Kiməm | 2011 |
07 | Əlvida | 2011 |
08 | Karusel (duet AiD) | 2011 |
09 | Bakılı Sərçələr | 2012 |
10 | Nirvana | 2012 |
11 | Qal (duet Nigar Jamal) | 2012 |
12 | Dəli Duman | 2012 |
13 | Məktub | 2012 |
14 | Bir Addım | 2012 |
15 | Четыре Сигареты и Бессонница | 2013 |
16 | Mən Küləyəm | 2013 |
17 | Vicdan | 2013 |
18 | Roza | 2014 |
19 | Avara | 2014 |
20 | İki Doğma İnsan ft. Zülfiyyə Xanbabayeva | 2014 |
21 | Yarım Dünya | 2014 |
22 | Bilmək Olmaz | 2014 |
23 | Ehtiyac | 2014 |
24 | Özəl | 2015 |
25 | İstə | 2015 |
26 | Ağ Təyyarə | 2015 |
27 | Serenada | 2015 |
28 | Sən Hara, Bura Hara? | 2015 |
29 | Ağ Təyyarə (Kamil & Tural Remix) | 2015 |
30 | Səbəbkar | 2016 |
31 | Sənlə Biz | 2016 |
32 | Bomba Kimi ft. DJ Matuya | 2016 |
33 | Ad Günü | 2016 |
34 | Ad Günü (Kamil & Tural Remix) | 2016 |
35 | Tərki-Dünya | 2017 |
36 | Neyləyim | 2017 |
37 | Oyna | 2017 |
38 | Ayıq Sürücü | 2017 |
39 | Hərdən | 2018 |
40 | Yuxu | 2018 |
41 | Dəli Oluram | 2018 |
42 | Gəl, Gör | 2018 |
43 | Doldur | 2018 |
44 | Julia | 2019 |
45 | Uyma | 2019 |
46 | Sənə Qurban | 2019 |
47 | Yar-Yar ft. Sheyh Ree | 2020 |
48 | Ruh Əkizləri | 2020 |
49 | Sevgilim (duet Röya) | 2020 |
50 | Beyni Qan | 2020 |
51 | Onu Düşünəndə ft. Arif Zeynalov, Hafex | 2020 |
52 | Ali Baş Komandan ft. Arif Zeynalov | 2020 |
53 | Hayatım | 2020 |
54 | Məna (duet Ulviyya) | 2021 |
55 | Doğum Günü | 2021 |
56 | Bilməm | 2021 |
57 | “Nazik Mətləb” Filminin Soundtracki (duet Brilliant Dadaşova) | 2021 |
58 | Dəniz | 2021 |
59 | İnanmıram | 2022 |
60 | Göyə Sarı | 2022 |
61 | Bənövşə | 2022 |
62 | Xəzərəm | 2022 |
63 | Bildim | 2022 |
64 | Var Olasan ft. Nurlan Göyçəli | 2023 |
65 | Şərab | 2023 |
66 | Adəm ft. SAYBU | 2024 |
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ МИРБАБАЕВ МИР ЮСИФ, 04.02.2014 Arxivləşdirilib 2019-12-12 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Мири Юсиф vs. Анкета Марселя Пруста: "Я нахожусь в постоянном состоянии влюбленности!", 25.01.2011 Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Miri Yusif və başqa ulduzlar şəkil çəkdilər – FOTO, 11–06-2013 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 17.12.2014
- ↑ Мир Юсиф и Нура Сури откровенно о сокровенном… — ФОТО, 11.11.2010 Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Мири Юсиф: "Человек, проживающий жизнь в полном комфорте, никогда не поймет меня…" — ФОТО, 21.11.2012 Arxivləşdirilib 2021-09-19 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ "В новом проекте Lady.Day.Az — Наргиз Мирбабаева. Быть женой Мири Юсифа — ФОТО, 14.05.2014". 2014-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-29.
- ↑ "Mir Yusifin həyat yoldaşı evlənməklərindən danışdı - FOTOLAR". 2014-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-29.
- ↑ "Həyat yoldaşı Miri Yusiflə tanışlığından danışdı -fotolar". 2014-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-29.
- ↑ Мир Юсиф стал отцом во второй раз, 09.01.2011 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Miri Yusif ata olacaq [Ailəsi ilə Fotosessiya], 14.10.2010 Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine İstifadə tarixi: 04.03.2015
- ↑ Miri Yusifin "Bir siqaret"i Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Мири Юсиф презентует новую концертную программу – ВИДЕО, 05.09.2012 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Мири Юсиф выступил с акустическим клубным концертом – ФОТО, 11.03.2013 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Azərbaycanda "İlin hit mahnısı" seçildi — SİYAHI — FOTOSESSİYA Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine 24.01.2012, İstifadə tarixi: 18.12.2012
- ↑ "İlin mahnısı"na mükafatı Röya verdi, 04.01.2014 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
- ↑ President.Az. "Azərbaycan Respublikasının estrada ifaçılarına "Xalq artisti" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 21.10.2019. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.
- ↑ Мири Юсиф выступил с сольным концертом — ФОТО, 10.03.2011 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Мири Юсиф выступит с очередным соло-концертом, 27.10.2011 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Мири Юсиф выступил с концертной программой Deja Vu – ФОТО, 23.11.2011 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Мири Юсиф презентовал новую концертную программу – ФОТО, 24.09.2012 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Мири Юсиф и Нигяр Джамал подарили зрителям незабываемые впечатления – ФОТО, 25.06.2012 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Мири Юсиф собрал аншлаг в Зеленом Театре – ФОТО, 01.07.2013 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Мири Юсиф. Рождение "Белого ворона" — ФОТО, 21.12.2013 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Miri Yusif konsert verəcək, 16.04.2014 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ КОНЦЕРТ МИРИ ЮСИФА Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Мири Юсиф подвел итоги 2014 года "сольником" на сцене Дворца Гейдара Алиева? 12.01.2015 Arxivləşdirilib 2018-09-09 at the Wayback Machine İstifadə tarixi: 12.01.2015
- ↑ Miri Yusifin konsertində nələr baş verdi? — fotolar, 27.07.15 Arxivləşdirilib 2021-09-21 at the Wayback Machine İstifadə tarixi: 23/09/2015
- ↑ Miri Yusif konsert verməkdən yorulmur ki, — yorulmur 17.09.2015 Arxivləşdirilib 2015-09-20 at the Wayback Machine İstifadə tarixi: 06.12.2015
- ↑ Мири Юсиф отправляется на гастроли в Канаду – ВИДЕО, 21.02.2012 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Мири Юсиф представит клип, снятый в Канаде – ФОТО, 29.05.2012 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Самый модный и популярный исполнитель Азербайджана Мири Юсиф с новой программой "Карма" — впервые в Канаде Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ В Москве прошел концерт Мири Юсифа, 05.11.2013 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Мири Юсиф в Москве, 08.11.2013 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.11.2014
- ↑ Концерт Мири Юсифа состоялся в Москве Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Мири Юсиф выступит с концертом в Вашингтоне, 29.11.2011 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
- ↑ Мири Юсиф и "Мисс Азербайджан 2012" снялись в фильме "Мама" — ВИДЕО, 14.01.2013 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 19.12.2014
- ↑ Miri Yusif: Mən Tarix Allmag istərdim! Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 19.12.2014
- ↑ Мири Юсиф, Турал Асадов, Гюльсара Рзаева в тизере фильма "Yarımdünya" — ВИДЕО, 27.02.2015 Arxivləşdirilib 2015-03-06 at the Wayback Machine İstifadə tarixi: 03.03.2015
- ↑ Мири Юсиф, Турал Асадов, Первин Абиева и другие в тизере фильма "Yarım dünya" (видео), 25.02.2015 Arxivləşdirilib 2015-02-26 at the Wayback Machine İstifadə tarixi: 03.03.2015
- ↑ Miri Yusifin baş rola çəkildiyi filmin tizeri — VİDEO, 26.02.2015 Arxivləşdirilib 2015-03-31 at the Wayback Machine İstifadə tarixi: 10.04.2015
Xarici keçidlər
redaktə- miriyusif.az — Rəsmi saytı
- Miri Yusif kanalı — YouTube platformasında
- Miri Yusif — Facebook səhifəsi
- Miri Yusif — Instagram səhifəsi
- Rəsmi Telegram kanalı
- Miri Yusif — Twitter səhifəsi