Mirze Ibrahim Xan Hekimi - Wikipedia
Mirzə İbrahim xan Mirzə Əbülhəsən oğlu Həkimi (15 avqust 1871, Təbriz – 19 oktyabr 1959, Tehran, Pəhləvilər İranı[d]) — İranın baş naziri
Mirzə İbrahim xan Həkimi | |
---|---|
fars. ابراهیم حکیمی | |
İranın baş naziri[d] | |
1945 – 1948 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 avqust 1871 |
Doğum yeri | |
Vəfat tarixi | 19 oktyabr 1959 (88 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, həkim |
Dini | şiəlik |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİbrahim Mirzə Əbülhəsən oğlu 1871-ci ildə Təbriz şəhərində doğulmuşdu. 1889-cu ildən 1892-ci ilədək Tehran Darülfünunda (kollecdə) oxumuşdu. Fransız dilini öyrənmişdi. Tibbə həvəsi olduğundan ata-baba ixtisasını seçmişdi. Əldə etdiyi bilik onu qane etmirdi. O, xarixdə oxumaq həvəsinə düşmüşdü. Qardaşı Nüsrətülhükəma onu dəstəkləyirdi. 1892-ci ildə ali silkin nümayəndələri və ziyalı təbəqələr Nasirəddin şah Qovanlı-Qacarı təşviq edirdilər ki, xaricə oxumaq üçün tələbə göndərsinlər. Şah əvvəlcə həvəslə razılıq verdi. Sonra irtica yandaşları bu işə pəl vurdular. İbrahimin xaricdə oxumaq istəyi baş tutmadı.
1893-cü ildə İranda taun epidemiyası başlandı. İbrahim Təbrizə gəlib əmisi Mirzə Mahmud xan Həkimülmülkdən xahiş etdi ki, təsirindən istifadə edib vəliəhd Müzəffərəddin mirzədən xaricə getməyə icazə alsın. Əmisi onun xahişini yerinə yetirdi. İbrahim 1894-cü ildə Qafqaz və Rusiyadan keçərək Parisə getdi. O, burada Tibbi kollec bitirərək həkim diplomu və bir fransız qızı aldı.
Müzəffərəddin şah Avropa səfərində Parisə gəlir. Burda İbrahim Həkimi ilə tanış olur. Bu ziyalı, sakit, ədəbli gənc şahın xoşuna gəlir. Onu müvəqqəti məiyyətinə qatır. Şaha göstərdiyi qulluq, mədəni xidmət, informasiya təqdimatı şahı valeh edir. O, bütün müşavirləri üstələyir. Şah Fransanın xarici işlər naziri ilə görüşümək istəyir. Versal sarayı ətrafında bir nəfər anarxist Müzəffərəddin şaha qəsd etmək təşəbbüsündə olur. İbrahimin əmisi Mirzə Mahmud xan özünü irəli atıb anarxistin silahını alır. Şah ölümdən Həkimi ailəsinin sayıqlığı nəticəsində qurtulur. İbrahim şahdan xeyir-dua, vəsait və xan ünvanı alıb daha 10 il Fransada qalır. O, burda öz savadını, biliyini, təcrübəsini daha da artırır. Demokratik düşüncəyə sahib olur. Mirzə İbrahim xan Həkimi Fransada Framason təşkilatının üzvü olur.
Mirzə İbrahim xan İrana qayıdandan sonra Təbrizdən I Məclisə vəkil seçilir. O, İranda konstutitsiyalı bir qurumun olmasını arzulayırdı. İbrahim Həkiminin yaxın dostlarından biri Seyid Həsən Tağızadə idi. O da İranın ilk qanunverici orqanında o, ən ardıcıl Konstitutsiya tərəfdarlarından biri kimi tanınmışdı. Ölkədə parlamentarizm ənənələrinin yaradılmasına qarşı çıxan Məhəmmədəli şah 1908-ci ildə bir qrup Məclis üzvü ilə görüşərkən Həsən Tağızadə nümayişkaranə şəkildə şahın əlini sıxmaqdan imtina etmişdi. Sabirin yuxarıda gətirdiyim beytində də Şərq istibdadı görünməmiş hadisə sayılan həmin olaya işarə vurulmuş, üsyankar deputatın başını bədənindən üzməyə imkanı olmayan hökmdarın naçarlığı, təəssüf və qəzəbi dilə gətirilmişdi. Monarxa qarşı hörmətsizlik edən Seyid Həsən Tağızadə canını nisbətən yaxşı qurtarmışdı: Məhəmmədəli şah onu sadəcə ölkədən qovmuşdu. Əqidə yoldaşlarından Mirzə Cahangir xan (Həsən Tağızadənin də fəal müəlliflərindən olduğu "Suri-İsrafil" qəzetinin naşiri), və Məlikül-Mütəkəllimün ("Natiqlərin sultanı") ləqəbi ilə tanınan məşhur ziyalı və din xadimi Mirzə Nəsrulla Behişti "Şahi-bağ"da, Qacar hökmdarının gözləri qarşısında edam edilmişdilər.
Məhəmmədəli şah Məclisi topa tutdu. Seyid Məhəmməd Təbatəbai, Seyid Əsədullah Bəhbəhani, Mümtazəddövlə və Həkimülmülk Əminəddövlə ziyarətgahına girib bəstə əyləşdilər. Kazaklara əmr edildi ki, bəstə əyləşənlər tutulsunlar. Həkimülmülk və Mümtazəddövlə bağların arası ilə qaçıb gizləndilər. Mümtazəddövlənin nökəri onları tapıb qorxusuz bir yerdə müvəqqəti gizlətdi. Onlar daha əmin bir bəst axtarmağa başladılar. Həkimülmülk Fransa səfirliyini nişan verdi. Razılaşıb ora sığındılar. Bir neçə gündən sonra ordan çıxıb qürbətə üz tutdular.
16 iyul 1909-cu ildə xalqın tələbi ilə Məhəmmədəli şah taxt-tacı oğlu Əhməd mirzəyə təhvil verib yaxın ətrafı ilə xaricə getdi. Ölkə daxilinə səpələnmiş, xarici ölkələrə qaçmış ziyalılar Tehrana toplandılar. Baharistan adlı yerə yığılıb, məclisi dirçəltməyi qərara aldılar. 300 nəfərlik ziyalının içində söz yiyəsi olan İbrahim Həkimülmülk də vardı.
Mirzə Həsən xan Müstəşarülməmalik baş nazir olur. Mirzə İbrahim xan Həkimülmülk onun kabinəsində nazir portfelinə sahiblik edir. İbrahim Həkimülmülk Vəli xan Sepahsalari-Əzəmin qurduğu kabinədə təhsil naziri olur. O, təhsil naziri işlədiyi dönəmdə məktəblər tikir, tələbələri ali təhsil almaq üçün xaricə göndərirdi. O, hökumətdə iki dəfə təhsil naziri vəzifəsini icra etmişdi. Bu dəfə İncəsənət məktəbi də yaratdı. İrticanın bağladığı məktəb və kolleci yenidən açdı. Maarifə təkan verdi. Mirzə İbrahim xan Həkimi Samsamüssəltənə Baxtiyarinin qurduğu dördüncü kabinədə maliyyə naziri vəzifəsi daşıyır.
Mirzə İbrahim xan Həkimi 15 mart 1915-ci ildə Müşirüddövlənin qurduğu kabinədə iştirak etmir. Eynəddövlə Əbdülməcid mirzə Qovanlı-Qacarın qurduğu hökumətdə də heç bir vəzifə daşımır. Bunu irticanı sevmədiyi ilə bağlayırdı.
Mirzə İbrahim xan Həkimi 18 iyun 1918-ci ildə Samsamüssəltənə Baxtiyarinin qurduğu yeni kabinədə maliyyə naziri vəzifəsi daşıyır.
Mirzə İbrahim xan Həkimi 25 yanvar 1922-ci ildə Müşirüddövlənin qurduğu yeni kabinədə maliyyə naziri vəzifəsini icra edir.
Rza şah Pəhləvi hakimiyyətə gələndən sonra Mirzə İbrahim xan Həkimi özünü elmə həsr edir. Elmi əsərlər və ensiklopediyalar, məlumat kitabçaları yazır. 1934-cü ildə Rza şahın yaxın adamı Məhəmmədəli Füruği Firdovsinin yaradıcılığını tədqiq və çap etmək işini ona tapşırır. Komitənin sədri olur. İşini vicdanla yerinə yetirdiyindən Mədəni irsin toplanma və tədqiqini bir yerə cəmləyib institut yaradırlar və onu bu müəssəsəyə müdir təyin edirlər. Mirzə İbrahim xan Həkimi İranın ilk konstitutsiya məhkəməsinin sədri olur. Qərəz o, ömrünün sonunadək 8 dəfə təhsil naziri, 5 dəfə maliyyə naziri işləyib. 1944-cü ildən 1947-ci ilədək İranın baş naziri vəzifəsində çalışıb.Cənubi Azərbaycanın müstəqilliyi onun vaxtına düşüb.
Azərbaycanda Milli Məclisin açılldıği və Milli Hökumətin qurulduğu gün baş nazir Mirzə İbrahim xan Həkimi İran Məclisində çixış etdi. O bəyan etdi ki, yaranmış çətinlikləri aradan qaldırmaq maqsədilə xarici işlər naziri ilə birlikdə Moskvaya getmək arzusundadır. Ölkə böyük həyəcan icərisində idi. Elə bir gün yox idi ki, İran Məclisi Azərbaycan məsələsini müzakirə etməsin. Azərbaycan demokratlarının əleyhinə hər cür böhtanlar deyilirdi. Məclis tribunası "vətənpərvərlik" səngərinə çevrilmişdi. Natiqlər hökumətdən qəti addımlar tələb edirdilər. Baş vermiş hadisələr "xaricin təsiri" kimi yozulurdu. Bəzi deputatlar Sovetləri İranın daxili işlərinə müdaxilə etməkdə günahlandırırdı. Məclisin sədri Seyid Məhəmməd Sadiq Fərrox, Nasir Ərdəlan, Hüseyn Fərhudi və digərləri şimal qonşudan İrana öz ərazisində hərəkət azadlığı verilməsini tələb edirdilər. Bir sıra Məclis üzvləri baş verən hadisələri ölkədəki anarxiyanın məntiqi davamı kimi qiymətləndirirdilər. Azərbaycan məsələsini öyrənmək üçün Məclis fraksiyaları nümayandələrindən ibarət xüsusi komissiya yaradılmışdı. Lakin nə "vətənpərvər" çıxışların, nə də Məclis komissiyasının elə bir əhəmiyyəti oldu. Şimala qoşun göndərməyi və hətta lazım gələrsə, "ruslarla" –təklif edənlər də var idi. Doktor Məhəmməd Müsəddiq vəziyyətdən çıxış yolunu ölkədə təcili reformaların keçirilməsində görürdü.
Tehranda çıxan "Ettelaat"ın məlumatına görə, təslim olmuş Təbriz diviziyasının 125 zabiti və 40 serjantı dekabrın ortalarında Tehrana gəlmişdi. Daha çox baş nazir Həkiminin siyasətini müdafiə edən qəzet Azərbaycandakı hadisələri "qiyam", onun istirakcılarını isə xəyanətkarlar adlandırırdı.
Moskkva müşavirəsi ABŞ və Britaniyanın təzyiqi ilə Sovetlərin öz qoşunlarını İrandan çıxaracağına ümid bəsləyən baş nazir Həkimülmülk siyasətinin iflasi demək idi. Mətbuatın Həkimi üzərinə hücüma keçdiyi bir vaxtda Əhməd Qəvamın hakimiyyətə gəlmək şansının çoxaldığını görən Seyid Ziya tərəfdarları sonuncuya qarşi təbliğat kampaniyasına başlamışdılar. Böhranlı dekabr sonluğunda qəzetlər belə hesab edirdilər ki, ölkədə yaranmış çətinlikləri həll etməyə, əsl islahatlar keçirməyə və Sovetlər Birliyi ilə qarşılıqlı münasibətləri köklü şəkildə yaxşılaşdırmağa qadir olan yalnız bir dövlət xadimi vardır. O da Qəvam əs- Səltənədir. "Rəde Emruz" qəzeti 23 dekabr sayında Əhməd Qəvamın "Deyli Teleqraf " ingilis qəzetinin müxbiri ilə müsahibəsinin tam mətnini dərc etmişdi. Qəvam İranda yaranmış böhranı keçmiş hökumətlərin səhv siyasəti ilə əlaqələndirib göstərdi ki, əgər böhran sabah daha da dərinləşsə, bunun səbəbini indiki hökumətin səhv siyasətində axtarmaq lazımdır.
Mirzə İbrahim xan Həkimi 28 oktyabr 1959-cu ildə vəfat edib.
Ailəsi
redaktəMirzə İbrahim xan Həkimi birinci dəfə fransuz, sonra əmisi Mirzə Mahmud xanın qızı ilə ailə qurmuşdu. Birinci nikahdan Yusif adlı oğlu, ikinci nukahdan Haşim, Əbülhəsən adlı oğlanları vardı.
Mənbə
redaktə- Ənvər Çingizoğlu,Mirzə İbrahim xan Həkimi, "Soy", 10 (30), 2009.
- [1] Arxivləşdirilib 2010-06-13 at the Wayback Machine
Ədəbiyyat
redaktə- Abbas Milani: Eminent Persians. Syracuse University Press. 2008, S. 175 – 180.
- Alireza Avsati: "Iran in the last 3 Centuries". Published Tehran, 2003. Vol1 ISBN 964-93406-6-1 Vol2 ISBN 964-93406-5-3
- Iranica Artikel über Hakimi