Mirze Sah Huseyn - Wikipedia
Mirzə Şah Hüseyn (XV əsr, İsfahan – 1523) — Səfəvilər dövlətinin vəkili, səfəvi dövlət xadimi.
Mirzə Şah Hüseyn | |
---|---|
Mirzə Kəmaləddin Şah Hüseyni İsfahani | |
1514 – 1523 | |
Əvvəlki | Əbdülbaqi Yəzdi |
Sonrakı | Cəlaləddin Təbrizi |
Vəzifədədir | |
1516-cı ildən | |
Əvvəlki | təsis edildi |
Sonrakı | Kür Həsən |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XV əsr |
Doğum yeri | İsfahan |
Vəfat tarixi | |
Fəaliyyəti | siyasətçi, memar |
Rütbəsi | general |
Həyatı
redaktəİsfahanda doğulmuşdur, ixtisası memarlıq idi. 1503-cü ildə İsfahan hakimi Durmuş xan Şamlının şəxsi vəziri olmuşdur. 1514-cü ildə Çaldıran döyüşündə şahın həyat yoldaşını tapdığı üçün Şah İsmayılın vəkilliyinə gətirilmişdir. Şah İsmayılın hakimiyyətinin son dövrlərində təsiri artdı və saray çəkişmələrində iştirak etməyə başladı. 1521-ci ildə Durmuş xan Şamlının Herata göndərilməsinə nail olmuşdu. Qızılbaş əyanlarına təzyiq göstərməsi və şahın üzərindəki təsiri səbəbi ilə 1523-cü ilin apreli qızılbaşlar tərəfindən öldürülmüşdür.[1] Yerinə gələn Cəlaləddin Təbrizi onun haqqında bu rübaini yazmışdı:[2]
Ey ki, gözümə ziya olan bir əyyam,
Getdin və günüm qaraldı, oldu axşam.
Sanki ikimiz iki şam idik birgə,
Söndürdü dövr səni, mən isə yanıram
İstinadlar
redaktə- ↑ Savory, Roger (2007). Iran under the Safavids Cambridge University Press. səh. 48 .ISBN 0521042518.
- ↑ İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, səh 294