Mirze Agaeli Eliyev - Wikipedia
Mirzə Ağaəli Mirzə Əziz oğlu Əliyev ( 1878 – 1941) — Lənkəran tarix-diyarşünaslıq muzeyinin banisi, Azərbaycanın ilk muzeyşünaslardan biri, maarifçi Mirzə Ağaəli Əliyev.
Mirzə Ağaəli Əliyev | |
---|---|
Mirzə Ağaəli Mirzə Əziz oğlu Əliyev | |
Digər adı | Mirzə |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran şəhəri |
Vəfat tarixi | |
Vəfat yeri | Lənkəran |
Təhsili |
Həyatı
redaktəM.A.Əliyev 1878-ci ildə Lənkəran şəhərində müəllim Mirzə Əzizin ailəsində dünyaya göz açıb. Məşhur Mirzə İsmayıl Qasiddən dərs alıb, fars dilini mükəmməl öyrənib. Həmçinin, indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. O, Lənkəranda ilk məktəblərin təşkil olunmasında yaxından iştirak edib, 1931-ci ildə müəllimlərin II qurultayına nümayəndə seçilib. Maarifçilik fəaliyyəti ilə məşğul olan Mirzə Ağaəli Əliyev dövrünün istedadlı şairi və jurnalisti kimi də tanınıb. O, Cəlil Məmmədquluzadənin dostu, indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində müəllim, ilk dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun müəllimi olub.[1]
Ailəsi
redaktəFatimənisə adlı xanım ilə ailə həyatı qurub.Tohidə və Aliyə adında iki qız övladı, Nizami adında isə bir oğlan övladı olub.
Yaradıcılığı
redaktəAğaəli Əliyev bədii yaradıcılıqla da məşğul olmuşdur. Yazıları və satirik şeirləri "İctihad", "Şərqi-rus", Baxçasarayda çıxan "Tərcüman", habelə Hindistanda nəşr olunan "Həblümətin" qəzetlərində dərc edilib. Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutu tərəfindən 1970-ci ildə buraxılan "Məruzələr" məcmuəsində Mirzə Ağaəli Əliyevin Əfqanıstanda çıxan "Siracül-Əxbari Əfqaniyyə" qəzetində dərc olunmuş məktubu və bu məktubu şərh edən məqalə böyük maraq doğurur. O dövrdə Lənkəranda "Nicat" qiraətxanasının müdiri işləyən Mirzə Ağaəli Əliyev Əfqanıstana göndərdiyi həmin məktubda yazırdı ki, Kabil də yeni qəzetin çıxmasına çox sevinir, "Buna görə də mən, "Nicat" qiraətxanasının işçisi iftixar və qürurla sizin mübarək idarənizi rəsmən təbrik edirəm. Məhz insaniyyət və ülviyyət naminə pulsuz olaraq hər il Lənkəranın "Nicat" qiraətxanasına qəzet göndərirsiniz. Ona görə də qiraətxana işçiləri adından bu insanpərvərlik və mehribanlığın qarşısında sizə səmim-qəlbdən təşəkkür edirəm (Siracül-Əxbari, Əfqaniyyə, Kabil, 1912-ci il)".[2]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-29.
- ↑ "Arxivlənmiş surət". 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-29.