Mirze Memmedov - Wikipedia
Mirzə Rəhim oğlu Məmmədov (1909, Lənkəran qəzası – 5 may 1973, Bakı) — Azərbaycan SSR-nin Maarif naziri (1954–1959).
Mirzə Məmmədov | |
---|---|
14 iyun 1954 – 26 mart 1959 | |
Əvvəlki | Mehdi Mehdizadə |
Sonrakı | Rəhim Rəhimov |
noyabr 1942 – aprel 1944 | |
fevral 1938 – noyabr 1942 | |
Sonrakı | Mirzə İbrahimov |
may 1937 – fevral 1938 | |
Əvvəlki | Böyükağa Mirsalayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 5 may 1973 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMirzə Rəhim oğlu Məmmədov 1909-cu ildə Lerik rayonunun Siodi (indiki Siyov) kəndində anadan olmuşdur.[1] 1917-ci ildə ailəvi Bakıya köçüb, 1918-ci ilin ağır mart hadisələrinə görə kəndə qayıdıblar. Ata-anası vəfat edəndən sonra 1919-cu ilə yenidən Bakıya, Sabunçu qəsəbəsində yaşayan böyük qardaşı Nurunun yanına qayıdıb. 1922-ci ildə Bakıdakı 1 nömrəli uşaq evinə düşüb. 1925-ci ildə komsomol sıralarına qəbul edilmişdir. 1926-cı ildə Bakı Şəhəri Xalq Maarifi Şöbəsinin tövsiyəsi ilə 2 nömrəli uşaq evinə pioner baş dəstə rəhbəri göndərilib. 1929-cu ildə Moskvadakı N. K. Krupskaya adına Kommunist Tərbiyəsi Akademiyasına daxil olmuşdur. Orada Sov. İKP sıralarına qəbul edilib. 1932-ci ildə həmin Akademiyanın pedoqoji fakültəsini bitirib və təyinatla Azərbaycan KP MK-ya göndərilib. Bədiyə xanımla ailə qurub. 1932–1937-ci illərdə LKGİ MK-da bir sıra məsul vəzifələrdə çalışmışdır.[2]
1949-cu ildə, noyabrın 10-da yazılmış avtobioqrafiyasının vərəqlərindən oxuyuruq:
"1937-ci ilin may ayından 1938-ci ilin fevralınadək Azərbaycan K(b)P Lənkəran rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışam. 1938-ci ilin fevralından 1942-ci ilin noyabrınadək Azərbaycan SSR Xalq Maarif Komissarı təyin olunmuşam. 1942-ci ilin noyabrından 1944-cü ilin aprelinədək Azərbaycan KP MK – nın katibi (Yeyinti Sənayesi üzrə) olmuşam.[3]