Mirze Sadiq Piran - Wikipedia
Mirzə Sadıq İmanxan oğlu Piran 1822, Şuşa – 1893, Şuşa — şair, xanəndə.
Mirzə Sadıq Piran | |
---|---|
Təxəllüsü | Пиран |
Doğum tarixi | 1822 |
Doğum yeri | |
Vəfat tarixi | 1893 |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Üzvlüyü | |
Mirzə Sadıq Piran Vikimənbədə |
Həyatı
redaktəMirzə Sadıq İmanxan oğlu 1822-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Dizaq mahalının Rəfəddinli kəndindəndir. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Gözəl səsi vardı. Arabir toylarda oxuyurdu. Mirzə Sadıq 1893-cü ildə vəfat edib.
Mirzə Sadıq şair idi. Piran təxəllüsü ilə ofsunlayıcı şeirlər qələmə alırdi. "Məclisi-üns" ədəbi yığnağın üzvü idi. Bu məclisin üzvləri təxəllüs seçərkən onun qabağında təntənəli surətdə and içirdilər.
Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə və başqa təzkirəçilər, tədqiqatçılar ondan bəhs etmişlər. Mir Möhsün onun haqqında yazır: "Mirzə Sadıq İmanxan oğlu Qarabağın Şuşa şəhərindəndir. Farsca savadı var. İndi səksənə yaxın yaşı var. Cavanlığının əvvəlində xanandə olub. İndi mərhum Mehdiqulu xanın qızı Xurşidbanu bəyimin dərgahında, onun səxavəti sayəsində güzəran keçirir".
Yaradıcılığı
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu, Mirzə Sadıq Piran, Bakı, "Soy" dərgisi, 2012.
- Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı: 1998, 560 səh.
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |