Misir Ali Konstitusiya Mehkemesi - Wikipedia
Misir Ali Konstitusiya Mehkemesi - Wikipedia - Haqqında Məlumat
Misir Ali Konstitusiya Məhkəməsi, (arb: المحكمة الدستورية العليا / rom: Əl-Məhkəməh əl-Dustüriyah əl-‘Ulyā — ing: Supreme Constitutional Court of Egypt) Misirin müstəqil məhkəmə orqanıdır. 1979-cu ildə qurulub. Paytaxt Qahirənin Maadi bölgəsində yerləşir.
Məhkəmə Misirdə yüksək məhkəmə hakimiyyətinə malikdir və yalnız qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq qanun və qaydaların və hüquqi mətnlərin təfsirini həyata keçirən konstitusiyaya məhkəmə nəzarəti orqanıdır. Həmçinin digər məhkəmələr və inzibati məhkəmələr arasındakı səlahiyyət mübahisələrini həll etmək səlahiyyətinə malikdir. Əbdülvahab Əbdül Rəzik 30 iyun 2016 tarixindən bəri konstitusiya məhkəməsinin sədridir.