Miskinli Veli - Wikipedia
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı.[1]
Miskinli Vəli | |
---|---|
Vəli Alı oğlu Bayramov | |
Doğum adı | Vəli Bayramov |
Doğum tarixi | |
Doğum yeri | Böyük Qarabulaq, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Gədəbəy rayonu, Azərbaycan |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Həyatı
redaktəMiskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur.[2] Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib.[3]
Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır.
Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s. kimi şerləri vardır.
Miskinli Aşıq Vəli 21 dekabr 1995-ci ildə vəfat edib.[4]
Kitabları
redaktə- Miskin Vəli, Növrəs İman. İki ustad. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1996, 192 s.
İstinadlar
redaktə- ↑ "Miskin Vəli xalqın yaddaşında yaşamaq haqqı qazanıb". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-20.
- ↑ Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
- ↑ "Bayramov Vəli Alı oğlu — gedebey.info saytı". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-20.
- ↑ Nemət Qasımov. Ustad sənətkar: Miskin Vəli xalqın yaddaşında yaşamaq haqqı qazanıb. Xalq Cəbhəsi.- 2014.- 31 oktyabr.- Səh.14.