Mogol Sefevi Muharibesi 1622 1623 - Wikipedia
Moğol-Səfəvi müharibəsi (1622-1623) — iki imperiya arasında müasir Əfqanıstan ərazisində yerləşən önəmli bir qala-şəhər olan Qəndəhar uğrunda baş vermiş müharibədir. Qəndəhar bölgənin idarə olunması üçün çox vacib idi və qalaya sahib olan dövlət çox böyük əraziyə nəzarət edə bilmə fürsəti əldə edirdi. Həmçinin şəhər çox mühüm ticarət yollarının kəsişməsində yerləşirdi.
Səfəvi-Moğol müharibəsi (1622-1623) | |||
---|---|---|---|
Tarix | 1622-1623 | ||
Yeri | Qəndəhar | ||
Səbəbi | Strateji məntəqə olan Qəndəhara malik şəhərə sahiblik üstündə savaş | ||
Nəticəsi | Tam Səfəvi qələbəsi | ||
Ərazi dəyişikliyi | Qəndəhar şəhəri Səfəvilər imperiyasının tərkibinə geri qaytarıldı.[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Müharibə
redaktəŞah I Abbas 1595-ci ildə itirdiyi Qəndəharı hələ çox əvvəldən ələ keçirməyi arzulayırdı.[2] 1605-ci ildə Heratın hakimi Hüseyn xan Qəndəhar şəhəri üzərinə yürüş edərək oranı mühasirəyə aldı. Lakin qalanın moğol hakimi Şah bəy Xanın inadkar müqaviməti və bunun ardınca da güclü moğol ordusunun yardıma gəlməsi nəticəsində Səfəvi ordusu geri çəkilməyə məcbur oldu.[3][4] Səfəvi–Osmanlı müharibəsinin (1603–1618) bitməsindən sonra Şah Abbas Osmanlı üzərindəki qələbədən də ruhlanaraq şərqdə yeni bir müharibəyə başlamağın vaxtının gəlib çatdığını düşünürdü.[2] Beləliklə, 1621-ci ildə Səfəvi ordusuna Nişapurda toplaşma əmri verdi. Ordu toplandıqdan sonra cənubi Xorasanda - Tabas Giləki adlanan yerdə yeni ili qeyd etdikdən sonra Qəndəhara doğru yola çıxıldı. 20 mayda I Abbas komandanlığında Qəndəhara çatan Səfəvi ordusu dərhal şəhərin mühasirəsinə başladı.[2] Şəhərin mühasirəyə alınması xəbəri ona çatmasına baxmayaraq, moğol hökmdarı Cahangir reaksiya göstərməyə gecikdi[2] və əlavə qüvvə göndərmədi. Şəhərin müdafiəsində qalan 3 min nəfərlik kiçik qarnizon isə uzun müddət müqavimət göstərə bilmədi. İmperator oğlu və vəliəhdi olaraq qəbul edilən Xürrəmdən yardım üçün toplanmış orduya komandanlıq etməyini istədi.[5] Bu zaman Dekanda Manduda olan Xürrəm saraydan uzaqda olduğuna görə gücünü itirəcəyindən ehtiyat edərək bundan yayındı.[6]
Moğolların qaladakı qarnizona yardım üçün topladığı ordunun zəif olduğu qısa zaman sonra bəlli oldu.[4] 45 günlük mühasirədən sonra 22 iyunda qala təslim alındı. Bundan qısa müddət əvvəl isə Zəmindavar Səfəvi ordusu tərəfindən ələ keçirilmişdi.[7] Qəndəharın hakimi I Abbas tərəfindən Gəncəli xan Zığ təyin edildi.[3]
Şəhərə Səfəvi qarnizonu və qarnizon üçün lazım olan cəbhəxana yerləşdirildikdən sonra I Abbas Gur yolu ilə Xorasana geri qayıtdı. Geri dönüş yolunda olarkən o, Çağçaran və Ğarcistanda müqavimət göstərən əmirlər tabe edildi.[8]
Bu zaman moğolların başları öz daxili məsələlərinə qarışdı və lazimi müqaviməti göstərə bilmədilər. Beləki Xürrəm üsyan qaldırmış və paytaxta doğru yürüşə çıxmışdı. Beləliklə, 1623-cü ilin yazında moğol elçisi I Abbasın düşərgəsinə gəldi və moğol imperatorunun Qəndəharı itirdiyini qəbul etdiyini bildirdi. Beləliklə Səfəvi imperiyası ilə Moğol imperiyası arasındakı münaqişə sona çatdı.[9]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "SAFAVID DYNASTY – Encyclopaedia Iranica". iranicaonline.org. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-02.
Aside from the conflict with the Mughals in 1648-50, during which the shah seized Kandahar from Shah Jahān, no major external wars were fought
- ↑ 1 2 3 4 Burton, 1997. səh. 159
- ↑ 1 2 Iranica, 2011
- ↑ 1 2 Kohn, 2007. səh. 337
- ↑ Chandra, 2005. səh. 221
- ↑ Chandra, 2005. səh. 242
- ↑ Burton, 1997. səh. 160
- ↑ Burton, 1997. səh. 161
- ↑ Burton, 1997. səh. 162
Mənbə
redaktə- Chandra, Satish. Medieval India:from Sultanat to the Mughals. 2. Har-Anand Publications. 2005. ISBN 9788124110669.
- Burton, Audrey. The Bukharans:a dynastic, diplomatic, and commercial history, 1550–1702. Palgrave Macmillan. 1997. ISBN 9780312173876.
- Kohn, George C. Dictionary of wars. Infobase Publishing. 2007. ISBN 9780816065776.
- KANDAHAR iv. From The Mongol Invasion Through the Safavid Era // Encyclopædia Iranica. İstifadə tarixi: 13 October 2011.