Mohammad Taqi Xalili - Wikipedia
Mohammad Taqi Xalili (1976, Meydanşəhr) — Əfqanıstannın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)[1]
Mohammad Taqi Xalili | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1976 |
Doğum yeri | |
Təhsili |
Həyatı
redaktəMohammad Taqi Xalili 1976-cı ildə Əfqanıstanın Vərdək vilayətinin Maydan şəhərində anadan olmuşdur.
Təhsili
redaktəGənc yaşlarında ikən ibtidai və orta təhsilini almaq üçün Vərdək vilayətindən Kabul şəhərinə köçür.
Daha sonra isə ali təhsilini İran, Azərbaycan və İsveçrədə davam etdirir. O, siyasi elmlər sahəsində bakalavr bitirmiş və 2012-ci ildə Vaşinqtondakı Corctaun Universitetində liderlik üzrə magistr dərəcəsini qazanmışdır.
Fəaliyyəti
redaktə2002-ci ildə Taliban hökumətinin süqutundan sonra, Xalili Əfqanıstan Xarici İşlər Nazirliyində işə başlamışdır. İlk təyinatı Cenevrədə yerləşən Əfqanıstanın BMT-dəki daimi nümayəndəliyinin üçüncü katibi vəzifəsi olmuşdur. İsveçrədə 5 il çalışdığından sonra Kabula qayıtmış və Əfqanıstan Prezidentinin müavini vəzifəsinə seçilmiş atasının – Mohammad Karim Xalilinin siyası müşaviri vəzifəsinə təyin edilmişdir.
Siyasi müşavir vəzifəsində çalışdığı müddətdə Həmid Kərzainin prezident seçilməsində fəal iştirakı ilə fərqlənmişdir. Əfqanıstanın tarixində ilk dəfə olaraq, 2009-cu ildə Prezident Kərzainin seçkilərindən iki həftə əvvəl 50.000 nəfərə çatan siyasi partiya dəstəkçilərinin Kabul İdman Stadionunda baş tutmuş ən böyük toplantısının kampaniyalar üzrə baş meneceri olmuşdur. Əvvəlki dövrdə məzlum olan qadınların kampaniyanın fəal iştirakçılarına çevrilməsi Əfqanıstanın insan hüquqları sahəsində nailiyyət hesab edilmişdir. Xalilinin rəhbərliyi əfqan gənclərinin seçkilərə aktiv şəkildə cəlb edilməsi ilə xarakterizə olunub.
2 il Prezident müavinin müşaviri vəzifəsini icra etdikdən sonra, 2010-cu ildə Əfqanıstanın ABŞ-dakı səfirliyinin siyasi müşaviri vəzifəsinə təyin olunmuşdur.
2013-cü ilin fevral ayında Nyu-Yorkda yerləşən Əfqanıstanın BMT-dəki daimi nümayəndəsinin müavini və Naziri vəzifəsinə təyin edilmişdir. 2014-cü ilin iyun ayında səlahiyyətlərini bitirmiş və Kabula geri qayıtmışdır.
19 dekabr 2014-cü il tarixindən etibarən rəsmi olaraq Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində fəaliyyətə başlamışdır.
Ailəsi
redaktəEvlidir, 1 qızı və 2 oğlu var.
Mənbə
redaktə- Tərcümeyi-hal Arxivləşdirilib 2015-06-22 at the Wayback Machine. afgemb-baku.com (az.)
İstinadlar
redaktə- ↑ İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine. president.az, 19.12.2014 (az.)
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |