Mohand Sehri - Wikipedia
Mohand Məhəmməd Fayiz əl-Şəhri (ərəb. مهند الشهري; 7 may 1979, Əsir bölgəsi[d] – 11 sentyabr 2001) ― 11 sentyabr terror aktları çərçivəsində Yunayted Hava Yolları reys 175-i qaçıran beş hava quldurlarından biri. Soyadının eyni olmasına baxmayaraq, o, Amerika Hava Yolları reys 11-i qaçırqn Vail əl-Şəhri və ya Valid əl-Şəhri ilə qohum deyildi.
Mohand Şəhri | |
---|---|
ərəb. مهند الشهريffds | |
Doğum tarixi | 7 may 1979 |
Doğum yeri |
|
Vəfat tarixi | 11 sentyabr 2001 (22 yaşında) |
Vikianbarda əlaqəli mediafayllar |
Səudiyyə Ərəbistanı vətəndaşı olan əl-Şəhri pis göstəricilərinə görə oxuduğu məktəbdən qovulmuşdur. Daha sonra 2000-ci ildə döyüşmək üçün Çeçenistana yollandı, lakin böyük ehtimalla Əfqanıstandakı Əl-Qaidə təlim düşərgələrinə yönəldildi. 2000-ci il oktyabr ayında ABŞ tələbə vizasını aldı.
Şəhri ABŞ-yə 2001-ci ilin mayında gəldi. 11 sentyabr 2001-ci ildə Şəhri Yunayted Hava Yolları reys 175-ə mindi və təyyarənin Dünya Ticarət Mərkəzinin Cənubi Qülləsi ilə toqquşması üçün onu qaçırtmağa kömək etdi.
Həyatı
redaktə1979-cu il təvəllüdlü Şəhri Səudiyyə Ərəbistanının Əsir vilayətindən gələn beş hava quldurlarından biri idi, digərləri Əhməd əl-Nami, Əbdüləziz əl-Öməri və Mohand ilə qohumluq əlaqəsi olmayan Valid və Vail əl-Şəhri qardaşları idi.
"Arab News"un verdiyi məlumata görə, 2000-ci ilin əvvəllərində Çeçenistana döyüşməyə getdi və ola bilsin ki, orada Həmzə əl-Qəmdi ilə tanış oldu. 23 oktyabrda Mohand Ciddədə ABŞ B-1/B-2 vizası üçün müraciət etdi. Məktəbinin ünvanındakı səhvdən başqa müraciət şübhəli gəlmədi və viza verilməzdən əvvəl intevyu da təşkil olunmuşdur.[1]
Həmzə və Mohand həmin ilin oktyabr ayında birlikdə İrandan Küveytə uçdular.[2] Üç ay sonra, cütlük Florida ştatının Delrey Biç şəhərində poçt qutusu kirayəyə götürdü və eyni ad altında ictimai kitabxana kompüterlərindən istifadə etmək üçün qeydiyyatdan keçdi.[3]
O, 2001-ci ilin iyun ayı nağd depozit ilə SunTrust bank hesabı açan 9 hava quldurlarından biri idi.[4]
Mohand Əbdüləziz əl-Öməri və Səid əl-Həmdi birlikdə Floridanın Vero Biç şəhərindəki "FlightSafety" Aviasiya Məktəbində simulyatorlarda təlim keçmişdir.
İstinadlar
redaktə- ↑ "Staff Monograph on 9/11 and Terrorist Travel" (PDF). 9/11 Commission. 2004. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
- ↑ 9/11 Commission Report, p. 240.
- ↑ "09.11.01: One Year Later." St. Petersburg Times. September 1, 2002.
- ↑ "Hijacker True Name Usage Chart for 2001" (PDF). 2016-12-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.