Mohenco Daro - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mohenco-Daro (Urdu: موئن جودڑو, Sindhi: موئن جو دڙو), Pakistanın Sind əyaləti sərhədləri içində, Hind çayı sahilində mədəniyyət ocağı.
Tarixi
redaktəMohenco-Daro sindhi dilində «Ölülər şəhəri» deməkdir. Bu qədim şəhərin yerləşdiyi ərazi Pakistan dövləti yarandıqdan sonra onun payına düşmüş və hazırda Karaçi şəhərindən 400 km şimaldadır. Əsrlərlə torpaq altında qalmış Mohenco-Daronun tapılması XX əsrin ən böyük arxeoloji kəşflərindən biri kimi qiymətləndirilmişdir. Onun tapılması ilə bəşər tarixində ən qədim sivilizasiyalarından birinin mərkəzi – planlı gələcək şəhərlərin rüşeymini özündə saxlayan, şəhərsalma sənətinin ən qədim və kamil nümunəsi üzə çıxarılmışdır. Arxeoloqlar onun simasmda müasir Manxettin daşlaşmış embrionunu görmüş, onu tunc dövrünün Manxettisi adlandırmışlar.
Mohenco-Daronun xarabalıqlarında ilk əsaslı qazıntı işləri- 1922-ci ildə başlanmış və bu qazıntılara hind arxeoloqu R.D.Banerci başçılıq etmişdi. Az sonra qazıntılara məşhur ingilis arxeoloqları Con Marşal və E.Makkey də dəvət olunmuş və qısa vaxt içərisində qədim şəhərin 260 hektara yaxın sahəsi qalın torpaq qatlarmdan təmizbnmişdi. İlk qazıntılarla burada uzun küçə və məhəllələr, bişmiş kərpicbrdən tikilmiş ictimai binalar, iki-üç mərtəbəli yaşayış evbri, ərzaq anbarları, yeraltı kanalizasiya sistemi və geniş su şəbəkəsi aşkar edilmiş, şəhər sakinlərinin məişəti və təsərrüfatı, mədəniyyəti, adət-ənənəbri, dini görüşləri və s. bağlı nadir maddi-mədəniyyət nümunələri tapılmışdır.
Arxeoloji tədqiqatlarla müəyyən edilmişdir ki, şəhər vaxtı ilə şimaldan cənuba uzanan və eni 9 m olan geniş bulvar vasitəsib iki hissəyə: yuxarı və aşağı şəhərə bölünmüş və bunların hər biri öz növbəsində küçələr vasitəsilə iri məhəllələrə ayrılmışdır. Hər bir məhəllə bilavasitə yaşayış evlərindən ibarət olmuşdur. Alimlərin hesablamalarına görə Mohenco-Daroda 40 minə yaxın əhali yaşamış və onun böyük hissəsi sənətkarlıq və ticarətlə məşğul olmuşdur. Şəhərdə dulusçuluq, zərgərlik, daş və metalişləmə, sümük və ağac yonma sənət sahələri yüksək inkişaf səviyyəsinə çatmış və bu sənət sahələrinin məhsullarına istər daxili, istərsə də, xarici bazarlarda tələbat çox böyük olmuşdur. Mis və tuncdan müxtəlif əmək alətləri və silahlar, məişət avadanlığı, o cümlədən güzgülər, gümüş və qızıldan isə adətən nəfis bəzək nümunələri hazırlanmışdır. Qazıntılar zamanı Mohenco-darodan yarımqiymətli daşlardan-əqiq, aqat, lazuritdən, eləcə də müxtəlif balıqqulaqlarından və sümükdən hazırlanmış çoxlu muncuqlar da tapılmışdır. Dulus çarxında hazırlanmış gil qablar öz forma rəngarəngliyi ilə seçilmişdir. Diqqəti cəlb edən tapıntıların bir qismi gildən hazırlanmış müxtəlif uşaq oyuncaqları ilə təmsil olunmuşdur. Böyük ustalıq və məhəbbətlə hazırlanmış belə tapıntılar içərisində camışlara qoşulmuş kiçik ölçülü arabalar, insan və müxtəlif heyvan fiqurları, qab-qacaqlar və digər oyuncaqlar da vardır. Qazıntılarla Mohenco-darodan üzə çıxarılan tapıntılarm başqa bir hissəsi üzərində müxtəlif təsvirlər və yazı işarələri olan kiçik ölçülü möhürlərdən ibarətdir. Onların böyük hissəsi metaldan və gildəndir. Tədqiqatçılar belə möhürlərin üzərində 400-dən artıq yazı işarələri müəyyən etsələr də, onların oxunma sirri hələ də açılmamış qalır.
Mohenco-Daro ümumilikdə Hindistan yaylasının iri mədəniyyət və ticarət mərkəzlərindən biri olmaqla həm daxili, həm də xarici mübadilədə və əlaqələrdə fəal rol oynamışdır. Tapılan ayrı-ayrı maddi-mədəniyyət nümunələri Mohenco-Daronun uzaq Mesopotamiya, Cənubi Türkmənistan, Əfqanıstan, İran və digər yerlərlə, hətta Xəzəryanı ölkələr, o cümlədən Azərbaycanla sıx iqtisadi, mədəni əlaqələrdə olduğunu göstərmişdir.
Mohenco-Daronun təsərrüfat həyatında bişmiş kərpiclər istehsalına xüsusi diqqət yetirilmişdir. Belə ki, şəhərdə aparılan inşaat işlərində əsasən bişmiş kərpiclərdən istifadə edildiyindən onlara həmişə böyük ehtiyac olmuşdur. Maraqlı cəhət ondan ibarətdir ki, Mohenco-daroda istər kərpic istehsalında, istərsə də, digər sahələrdə standartlaşdırma ənənəsi əsas yer tutmuş və geniş yayılmışdır. Yaşayış binalarının inşaası, onların forma və planı, ölçüləri, çirkab suların axıdılması sistemi, şəhərin içməli su ilə təchizatı və s. işlər xüsusi standartlar əsasnıda aparılmışdır. Bu sahədə istisnalıq yalnız ictimai binaların tikintisinə aid olmuşdur. Arxeoloji qazıntılarla müəyyən olunmuşdur ki, qədim Mohenco-Daro şəhəri, ümumilikdə yüksək hind sivilizasiyası e.ə.II minilliyin son rübünə kimi yaşaya bilmişdir. E.ə.1750-ci ildə Mohenco-Daro gözlənilmədən odlara qərq edilmiş, onun əhalisi uşaqdan böyüyə kimi amansızcasma öldürülmüşdür. Bundan sonra onun yerində həyat daha olmamışdır. Qədim şəhərin faciəsinin hansı tayfa və xalqların hücumları ilə bağlı omlası indiyədək sirli qalmaqdadır. Qədim Mohenco-Daro e. ə.III minillikdə hind vadisində təşəkkül tapan yüksək bir sivilizasiyanın dövrümüzə gəlib çatan qiymətli yadigarlarından yalnız biridir. Arxeoloji axtarışlarla hind çayının ucsuz-bucaqsız geniş vadisində onlarca belə qədim və zəngin şəhər qalıqları aşkar edilmişdir. Onların içərisində Mohenco-daro ilə həmyaşıd olan Harappa şəhəri ondan sonra ikinci ən böyük qədim mərkəzlərdən biri kimi tanmmışdır.[1]
1922-ci ildə ortaya çıxarılan bu ocaq, İnd vadisi mədəniyyətinin ən inkişaf etmiş şəhəridir. Çevrəsi təqribən 5 km olan şəhərdəki binalar, buranın önəmli bir siyasi mərkəz olduğunu göstərir. Olduqca hamar yollar və kanalizasiya sistemləri şəhərdə geniş bir əhalinin yaşadığını göstərir. Palçıqla suvanmış evlerin böyük bir qismində hamam var. Nərdivan qalıntıları evlərin ən azı iki mərtəbəli olduğunu göstərir.
Şəhərin aqibəti
redaktəBəşəriyyət mövcud olduğu gündən və yaranmışların ən alisi sayılan insan təxəyyülü inkişaf tapdıqca, əmək fəaliyyəti genişləndikcə hər şeydə bir yenilənmə də özünü göstərməyə başlayır. Zaman keçdikcə insanlar həm də elmi biliklərə yiyələnirlər. Elmi biliklərin mənimsənilməsi isə yeni-yeni elmi kəşflərlə nəticələnir. Hər bir yeni kəşf insanların həyatında mühüm rol oynamağa başlayır. Cəmiyyətə yararlı olan yeniliklərdən insan xislətinə xidmət meyarları düşünülüb tapılır. Sonradan isə onun tətbiqinə start verilir ki, bu da miqyassız fəlakətlərə səbəb olur.
1900-cı illərin əvvəllərində Hindistanın Mohenco-Daro (siqh dilindən tərcümədə "Ölüm təpəsi" mənasına gəlir) əyalətinin yaxınlığında qazıntı işləri aparan arxeoloji ekspedisiya dünyanın qədim və yüksək inkişaf etmiş sivilizasiyalarından biri olan, 2 və ya 3 min il davam edən böyük bir şəhərin xarabalığını aşkara çıxarır. Lakin meqapolisin ən böyük müəmması, alimləri düşündürən əsas məsələ onun yaranması deyil, "ölüm"ü idi.
Tarixçilər hesab edirlər ki, Mohenco-daroda 4,5 min il əvvəl 50 minə yaxın insan yaşayıb. Onlar haqqında məlumat vermək çətindir. Mütəxəssislərin irəli sürdüyü nəzəriyyələrə görə, şəhər əhalisi dravid dil qrupuna daxil olan və müasir Cənubi Hindistanın əhalisinin danışdığı dilə qohum olan bir dildə danışıb, ortaboy və qarabuğdayı olublar. Pakistanlı tarixçi arxeoloq Barkat Əli Şeyx bildirir ki, "şəhərin tarixi mövcuddur, yazılıb, lakin oxunmayıb. Mohenco Daronun salnamələri bu günə qədər də oxunmayıb. Arxeoloqlar üzərində allahların, insanların, heyvanların rəsmi olan və qəribə simvollarla yazılmış çoxlu sayda gil lövhələr aşkara çıxarıblar".
Xatırladaq ki, Mohenco-Darodakı qazıntılardan yüz il vaxt keçib. Müasir analizlər göstərir ki, qədim şəhərin ərimiş fraqmentləri çox böyük temperaturda, ən azı 1500 dərəcədə baş verib. Tədqiqatçılar həm də bütün evlərin yerlə bir olduğu zaman episentrin dəqiq dairəsini müəyyən ediblər. Mərkəzdən əyalətlərədək dağıntılar getdikcə azalır. Daha bir vacib detal: məhz Mohenco-Daro rayonunda tapılan onlarla skeletin radioaktivliyi normadan 50 dəfə çox olub!
Tədqiqatçı Herman Kilke hesab edir ki, şəhər arilərin hücumu nəticəsində dağlıb.
İstinadlar
redaktə- ↑ Rübabə Novruzova, Ölən şəhərin əbədiyyət mahnisi, Azərbaycan Arxeologiyası, 2001, səh. 130-133.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Harappa
- Archaeology.about.com
- Harappa geography
- HistoryWorld Arxivləşdirilib 2017-12-15 at the Wayback Machine
- Mohenjo-daro Arxivləşdirilib 2010-06-01 at the Wayback Machine
- Civilizations in Pakistan
- Mohenjo-daro lifestyle
- The Telegraph Arxivləşdirilib 2008-10-29 at the Wayback Machine