Molla Penah Vaqifin Ve Molla Veli Vidadinin Xatire Muzeyi - Wikipedia
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb.[1]
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi | |
---|---|
Əsası qoyulub | 1970 |
Yerləşir | Qazax |
Muzeyə yetişmək | Heydər Əliyev, 30, Qazax, AZ3500 |
Telefon | (+994 2229) 5-15-23 |
Tarixi
redaktəMəşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir.[2]
Muzeyin ekspozisiyası
redaktəMuzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir. 1983-cü ildən muzeyin ekspozisiyası yenidən tərtib olunmuşdur və indi muzeydə 1235 eksponat vardır. Ekspozisiya M.P. Vaqifin həyat və yaradıcılığı, siyasi fəaliyyəti, lirikası, davamçıları, tədqiqatçıları, müasirləri, mövzularında qurulmuşdur. Muzeydə M.P.Vaqifin əlyazması, Vaqif şeirlərinə çəkilmiş illustrasiyalar,Vaqif tədqiqatçılarının fotoları, "Vaqif " dramını səhələşdirmiş aktyorların fotoları, XVIII əsrə aid geyim və məişət əşyaları nümayiş olunur. Muzeydə əsasən M.P.Vaqif və M.V.Vidadinin dövrünə -XVIII əsrə aid məişət əşyaları,bəzək əşyaları, paltarlar,silahlar,tablolar, və s, nümayiş olunur. Muzeyin əsas fəaliyyətinə XVIII — əsrdə yaşamış M.P.Vaqif və M.V.Vidadi irsini və o dövrə aid olan eksponatları təbliğ etməkdir. Muzeyin ümumi sahəsi −175 kv. m. təşkil edir.[3]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Vaqif şəxsiyyəti və irsi Nizami adına Ədəbiyyat Muzeyinin ekspozisiyasında". anl.az. İstifadə tarixi: 28.01.2021.
- "Gənc Könüllülər" Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyinə ekskursiya ediblər". goyezen.az. İstifadə tarixi: 28.01.2021.
- "Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi". qazax.biz. İstifadə tarixi: 28.01.2021.
İstinadlar
redaktə- ↑ "MOlla Pənah Vaqiv-300". anl.az. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
- ↑ "Qazax rayonunda Ədəbiyyat muzeyinin tikintisi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". www.e-qanun.az. 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
- ↑ "Molla Pənah Vaqif və Molla Vəli Vidadinin Xatirə Muzeyi". kataloq.gomap.az. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2027.