Mollacelilli Mescidi - Wikipedia
Mollacəlilli məscidi və ya Sünnilər məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid və tarix-memarlıq abidəsi.
Mollacəlilli məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | İ. Məmmədov küçəsi 5. |
Tikilmə tarixi | 1815 |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | qəzalı |
İstinad nöm. | 3892 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
redaktəMollacəlilli məscidi Gəncənin Mollacəlilli məhəlləsində tikilib.[1] Məscidinin tikilməsi ilə bağlı məlumatlar fərqlidir. Mənbələrin birinə görə məscid 1815-ci ildə tikilib. Digər mənbəyə görə isə məscid 1916-cı ildə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və yerli camaatın köməkliyi ilə tikilib.[2] Məsciddən sünni məzhəbindən olan müsəlmanlar istifadə etdikləri üçün bəzən "Sünnilər" məscidi də adlandırılıb.[3] Məscid Gəncəyə xas olan üslubda qızmızı kərpicdən inşa edilib və günbəzsizdir.[2]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[4] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[4] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[4][5] Mollacəlilli məscidi də bu dövrdə ibadətə bağlanıb, binasından əvvəlcə utilizasiya idarəsi kimi daha sonra isə Gənc Texniklər Stansiyası kimi istifadə olunub.[1]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6]
Hazırda məscid fəaliyyətsizdir.[7]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Gəncənin Mollacəlilli məscidi". gencexeber.az (az.). 2023-12-26. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
- ↑ 1 2 Əhmədov, Fərrux. Gəncənin tarix yaddaşı (az.). Bakı: Şirvannəşr. 1998. 177. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
- ↑ Gəncənin maddi mədəniyyət abidələri (az.). Bakı: Nurlan. 2004. 71. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
- ↑ 1 2 3 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ "Gəncə məscidlərinin acınacaqlı taleyi". sirat.az. 2022-04-18. 2023-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.