Moltke Korpusu - Wikipedia
Moltke körpüsü (alm. Moltkebrücke) — Almaniyanın Berlin şəhərində Şpree çayının üstündə qurulmuş körpü. İnşaatı 1891-ci ildə bitmiş və şimal sahildə yerləşən Alt-Moabit dəmiryol stansiyasını cənubdakı Villi-Brandt-Strasse stansiyasına və Kansler binasına birləşdirir. Körpü Prussiya krallığı ordusuna 30 il rəhbərlik etmiş general-feldmarşal Helmut Karl Bernhard fon Moltkenin (1800–1891) şərəfinə adlandırılmışdır. Körpünün tamamlanmasına az müddət qalmış o vəfat etdiyi üçün açılış mərasimi onun cənazə korteji tərəfindən icra edildi. Körpü 3 arkadan ibarətdir və qum daşından tikilmiş, həmçinin Yohan Böse, Karl Piper və Karl Beqasın heykəlləri ilə bəzədilmişdir.
Moltke körpüsü | |
---|---|
alm. Moltkebrücke | |
52°31′18″ şm. e. 13°22′08″ ş. u.HGYO | |
Keçid | Şpre |
Yeri | Bezirk mitte |
Uzunluğu | 77.6 m |
Eni | 26,7 m |
Açılışı | 1891 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİnşaat işləri 1888-ci ildə başlamış və 1891-ci ildə tamamlanmışdır. Körpü 1945-ci ilin aprelində İkinci dünya müharibəsinin sonlarında ağır döyüşə şahidlik etmişdi. Alman müdafiəçilər olan 5000-ə qədər SS və Volksştrum üzvləri körpünün hər iki girişində barrikada qurdular və körpünü partlatmaq üçün minaladılar. Aprelin 28-də general-mayor Semyon Perevyortkinin başçılıq etdiyi sovet 3-cü həmləçi ordu Alt-Moabitdən aşağıya doğru körpüyə tərəf yaxınlaşdılar. Onların məqsədi körpüdən sadəcə 600 metr aralıda yerləşən Reyxstaqı tutmaq idi.[1] Qaranlıq düşəndə sovet əsgərləri körpüyə hücum etdilər.[2] Minaların partladılması körpünü zədələdi və bir hissəsi Şpree çayına düşsə də, hələ də üzərindən kifayət qədər minik və əsgərin keçməsi mümkün idi. Gecə yarısı sovet 150-ci və 171-ci diviziyaları körpünün baş tərəflərini baş verə biləcək hər hansı əks-hücuma qarşı qorumağa başladılar.[3] Məhz buradan onlar Reyxstaqa tərəf hərəkətə başldılar və mayın 1-də buranı zəbt etdilər.
Hər nə qədər dağıntıya məruz qalsa da, körpü müharibə zamanı məhv olmayan tikililərdən biri idi və öz orjinal görünüşünü saxlayırdı. Lakin körpü sonradan təmir edilmiş və müasir nəqliyyatın ağırlığına tab gətirməsi üçün gücləndirilmişdir.
İstinadlar
redaktə- ↑ Read & Fisher, pp. 435.
- ↑ Read & Fisher, pp. 444.
- ↑ Beevor, pp. 340, 347–349.
Ədəbiyyat
redaktə- Read, Anthony & Fisher, David, "The Fall of Berlin", W. W. Norton & Company, New York, 1992, ISBN 0-393-03472-0
- Beevor, Antony "Berlin: The Downfall 1945", Viking-Penguin Books, 2002, ISBN 0-670-88695-5