Monitor Jurnali - Wikipedia
Monitor Jurnali - Wikipedia - Haqqında Məlumat
Monitor (rus. Монитор) — Həftəlik ictimai-siyasi jurnal (rus dilində). 2000-ci ildə yaradılıb. (2005-ci ildə çapını dayandırıb). Baş redaktoru Elmar Hüseynov idi.
Tarixi
redaktə“Monitor” jurnalı Rus dilində həftəlik ictimai-siyasi jurnal olub, 2000-ci ildə yaradılıb. Jurnal ayrı-ayrı məmurlar barədə kəskin yazıları ilə fərqlənirdi. 2005-ci ildə “Monitor” çapını dayandırıb. Buna səbəb baş redaktor Elmar Hüseynovun həmin ilin martında öz evinin qarşısında güllələnərək qətlə yetirilməsi oldu.[1]
İstinadlar
redaktə- ↑ "Azərbaycanda nəşri dayanmış maraqlı və populyar qəzetlər" (az.). musavat.com. 22.07.2014. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-18.
Xarici keçidlər
redaktə- İnternet ünvanı:Monitor Jurnalı