Monogeneyler - Wikipedia
Monogeneylər (lat. Monogenea) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi.
Monogeneylər | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Klad: Tip: Yarımtip: Sinifüstü: Sinif: Monogeneylər |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Ümumi məlumat
redaktəMonogenetik sorucu qurdlar sinfi balıqlarda, qismən də suda-quruda yaşayanlarda və sürünənlərdə ektoparazitlik edən 1500-dən çox növü birləşdirir. Onların az bir hissəsi isə bağırsaqda və sidik kisəsində yaşamağa uyğunlaşmışdır. Xarici orqanlarda parazitlik etməklə əlaqədar olaraq, onların quruluşunda özünəməxsus xüsusiyyətlər əmələ gəlmişdir. Xüsusilə onlarda qəlsəmələrdən və bədən səthindən möhkəm yapışmağa xidmət edən orqanlar əmələ gəlmişdir. Bu orqanlar bədənin dal tərəfində yerləşmişdir və xitin qarmaqcıqlarla, bəzi formalarda sormaclarla və s. ilə təchiz olunmuşdur. Bədənin ön hissəsində yapışmağa xidmət edən fır, sormac və s. vardır. Monogenetik sorucuların bədəninin özəri sitoplazmatik örtüklə (tequmentlə) örtülmüşdür, ki, bu da sorucu qurdlarla oxşarlıq təşkil edir. Ağız bədənin ön hissəsində yerləşmişdir. Ağız əzələli udlağa, o da kisəşəkilli və ya ikişaxəli bağırsağa açılır.
Monogenetik sorucular sinfi balıqlarda, qismən də suda-quruda yaşayanlarda və sürünənlərdə ektoparazitlik edən 1500-ə qədər növü birləşdirir. Onların az bir qismi isə bağırsaqda, sidik kisəsində yaşamağa uyğunlaşmışdır. Xarici orqanlarda parazitlik etməklə əlaqədar olaraq, onların quruluşunda özünəməxsus xüsusiyyətlər əmələ gəlmişdir. Xüsusilə onlarda qəlsəmələrdən və bədən səthindən möhkəm yapışmağa xidmət edən orqanlar əmələ gəlmişdir. Bu orqanlar bədənin dal tərəfindən yerləşmişdir və xitin qarmaqcıqlarda, bəzi formalarda sormaclarda və s. ilə təchiz olunmuşdur. Bədənin ön hissəsində yapışmağa xidmət edən fir, sormac və s. vardır. Monogenetik sorucular bədənin üzəri sitopazma örtüklə örtülmüşdür ki, bu da sorucu qurdlarla oxşarlıq təşkil edir. Ağız bədənin ön hissəsində yerləşmişdir. Ağız əzələli udlağa, o da kisəşəkilli və ya ikişaxəli bağırsağa açılır. Bəzi iri formalarda bu bağırsaqlar da özündən yanlara doğru çoxlu şaxələr verilir. Sinir sistemi sinir düyünlərindən başlanan cüt uzununa sinir sutununun ibarətdir ki, onlarda bir-birilə eninə sinir telləri ilə birləşmişdir. Hiss orqanları zəif inkişaf etmişdir. Bəzi formalarda bədənin ön hissəsində bir və ya iki cüt göz olur. Tənəffüsləri bədən səthi vasitəsilədir. Qan-damar sistemi yoxdur. İfrazat sistemi protonefridi tipdə olub, bədənin ön hissəsi iki ifrazat dəliyi vasitəsilə xaric olur. Cinsi orqanlarının quruluşuna görə hermafroditdir. Bəzilərində toxumluq bir, bəzilərində isə çox olur. Yumurtalıq, adətən bir ədəddir. Sarılıq güclü inkişaf etmişdir. Monogenetik sorucuların inkişafı sahibini dəyişmədən gedir. Onlarda nəsil növbələşməsi olmur. Dactylogyridae fəsiləsində olan monogenetik sorucular mühüm praktiki əhəmiyyətə malikdir. Onlar şirin su balıqlarında parazitlik edərək böyük zərər verirlər. Dactylogyrus vastator - karp, çəki və digər balıqların təhlükəli parazitidir. Bunlar 1–3 mm ölçüdə olub, külli miqdarda balıqların qəlsəmələrində, dərilərində yaşayırlar. Parazitlər balıqların epitelisi və qanı ilə qidalanaraq, onların kütləvi şəkildə tələf olmasına səbəb olurlar. Bu qurdlar yumurtalarını balıqların qəlsəmələrinə qoyurlar. Yumurtadan kirpi örtüyünə malik olan sürfələr çıxdıqdan sonra balığı tərk edib, sərbəst üzürlər. Sürfənin bədəninin ön hissəsində iki cüt göz, arxa hissəsində kiçik qarmaqcıqlar yerləşir. Monogenetik sorucuların nümayəndələrindən biri də qurbağa çoxağızlısıdır. Qurbağa çoxağızlısının uzunluğu 6–8 mm, eni isə 2–4 mm-dir. Bədəni uzunsov formada olub, orta hissəsi bir qədər daralır və dal tərəfdən enliləşmişdir. Qurbağa çoxağızlısı yazda yumurtalarını qurbağanın kloakasından suya tökür. Yumurtadan üzəri kirpiklərlə örtülü olan sürfələr çıxır. Burada o qidalanır, tez böyüyür və əlverişli şərait olarsa, 20-25 gün müddətində cinsi yetginliyə çatır və yumurta qoymağa başlayır.
Təsnifatı
redaktə- Monopisthocotylea yarımsinfi
- Capsalidea dəstəsi
- Dactylogyridea dəstəsi
- Gyrodactylidea dəstəsi
- Lagarocotylidea dəstəsi
- Monocotylidea dəstəsi
- Montchadskyellidea dəstəsi
- Polyopisthocotylea yarımsinfi
- Avielloidea fəsiləüstü
- Chimaericoloidea fəsiləüstü
- Diclidophoroidea fəsiləüstü
- Diplozooidea fəsiləüstü
- Megalonchoidea fəsiləüstü
- Microcotyloidea fəsiləüstü
- Polystomatoidea fəsiləüstü
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.