Monument London - Wikipedia
Monument (ing. The Monument) — İngiltərənin paytaxtı Londonda 1666-cı ildə baş verən Böyük London yanğınına həsr olunmuş abidə. 1671-ci ildə tikintisinə başlanmış, 1677-ci ildə tamamlanmışdır.
Monument to the Great Fire of London | |
51°30′36″ şm. e. 0°05′09″ q. u.HGYO | |
Ölkə | İngiltərə, Böyük Britaniya |
Şəhər | London |
Memar | Kristofer Ren, Robert Huk |
Tikilmə tarixi | 1671-1677 |
Üslubu | Dorik order |
Hündürlüyü | 61 m |
Rəsmi sayt | themonument.info |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəAbidə 1671-ci ildə İngiltərə kralı II Karl Stüartın istəyi ilə Kristofer Ren və Robert Huk tərəfindən dizayn edilmiş və fəlakətin başlanğıcı olan Paddinq küçəsinin 60 m uzaqlığında yerləşdirilmişdir. 61 metr hündürlüyündə olan bu abidə Londonun ən görməli və ən çox ziyarətçi ilə turist cəlb edən tarixi abidələrindəndir. Qısaca sadəcə Monument adlandırılan abidənin adı yaxınlıqda yerləşən bir metro stansiyasına verilmişdir. Abidənin tikintisində həmçinin "... Papanın xainliyi və fəsadlığı üzündən şəhərin ən böyük yanğını başlamışdır..." kimi sözlərlə də katoliklər ağır ittiham olunurdu. II Ceymsin kral olduğu 1685-1689-cı illər istisna olmaqla bu yazılar 1830-cu ilə qədər abidənin üzərində olmuşdur.[1]
Abidənin təpəsinə çıxan pilləkən 311 pillədən ibarətdir. 1788-1842-ci illərdə 6 nəfər özünü bu abidənin eyvanından atdığından XIX əsrin ortalarında bura qəfəs yerləşdirilmişdir.
Qalereya
redaktəPanorama
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2005-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-27.