Morava Cayi - Wikipedia
Morava çayı (serb. Велика Морава, lat. Margus) — Serbiya ərazisindən axan və Dunay çayının sağ qolunu təşkil edən çay. Dunaya Smerederevo yaxınlığında tökülür. Cənubi Morava və Qərbi Morava çaylarının birləşməsindən əmələ gəlir. Onun mənbəyi Kruşevas şəhərindən 15 km şimal-şərqdə yerləşir. Çyın uzunluğu 217 km təşkil edir. Cənubi Mirava çayı ilə birlikdə uzunluğu 563 km-dir.
Böyük Morava çayı | |
---|---|
serb. Велика Морава, lat. Margus | |
Ölkə | Serbiya |
Mənsəbi | Dunay |
Uzunluğu | 217 km |
Su sərfi | 232 m³/s |
Hövzəsinin sahəsi | 37.500 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Hövzəsinin sahəsi təqribi olaraq 38 min km² ərazini əhatə edir. Hövzəsinə daxil olan ölkələr Bolqarıstan, Makedoniya, Serbiya və Monteneqro.
Hidrologiyası
redaktəMoravanın hövzəsi əsasən kontinental ərazidən axır. Burada yanvar ayının aylıq orta tepmeraturu -1; 1 °C arasında, iyun ayının 22-23 °C arasında, orta illik temperatur isə 11-12 °C təşkil edir. Maksimun yağıntılar isə may-iyun ayları düşür. Minimum yağıntılar oktyabr-fevral aylarına təsadüf edir. Düzən ərazilədə il ərzində 600–700 mm yağıntı düşür. Çayın illik su sərfiyyatı 277 m³/s təşkil edir gur sululuq dövrü yaz aylarına təsadüf edir. Çayda baş verə biləcək təhlükələri önləmək məqsədilə üzərində su anbarlsrı inşa edilmişdir. Çay axtığı ərazini isə güçlü eroziyyaya məruz qoyur. Sahilində yerləşən şəhərləri qorumaq məqsədilə müəyuən sahil qoruyucu bəndlər ucaldılmışdır.
Suyunun çirklənməsinə gəldikdə isə fosforla çirklənmə 2004-cü il olan məlumata görə 1841 ton olmuşdur. Azot çirklənmələri 28 246 ton təşkil etmişdir. Hövzəsinin ən çirlənmiş çayları İbar və Qəərbi Moravadır.
Əhəmiyyəti
redaktəMorava gəmiçilik üçün əlverişli deyildir. Yuxarı axarları əsasən meşə təsarükündə istifadə edilir. Aşağı axarlarında isə suyundan əkinçilikdə istifadə edilir. Qərbi Morava çayında dörd SES inşa edilmişdir. Morava və Cənubi moyavanın axdığı vadi olduqca böyük əhəmiyyət kəsb edilir. Belə ki buradan Serbiyanın əsas dəmir yolu və avtomobil yolları keçir. Cənubi Moravanın əsas qollarından biri olan Nişava çayından Belqraddan Sofiyaya gedən əsas magistral keçir.[1] 1960 - 1990-cı illərdə çayın hövzəsi boyunca çoxlu sayda hidrotexniki və metalorativ işlər görülmüşdür.
Çayın hövzəsi boyunca 4 milyon insan yaşayır. Morava çayının hövzəsi boyunca yerləşən yaşayış məntəqələri: Varvarin kəndi, Çupriya, Yaqodina, Barqdan kəndi, Lapovo, Svilaynas, Velika Plana, Pojarevas.
Tarixi
redaktə- 1805-ci ildə çayın sahilində İvankovasedə serb üsyançıları ilə türklər arasında döyüş baş vermişdir. Bu döyüşdə uzun illər ərzində ilk dəfə olaraq üsyançılar qalib gəlmişlır.
İstinadlar
redaktə- ↑ Morava River (river, Serbia) Arxivləşdirilib 2015-05-04 at the Wayback Machine — Britannica Online Encyclopedia