Mordovya Arena - Wikipedia
Mordoviya Arena – Rusiyanın şəhəri Saranskda yerləşən, 2018 FİFA Dünya Kuboku üçün tikilən stadiondur. Mordoviya Saransk klubu da öz ev oyunlarını burada keçirir. Stadion Mordoviyanın əvvəllər ev oyunlarını oynadığı Start Arenanı da əvəzləmişdir. Tamaşaçı tutumu 43958 nəfərdir. Təsislərin ümumi sahəsi 122700 m²-dir.
Mordoviya Arena | |
---|---|
Yeri | Saransk, Mordoviya, Rusiya |
Təməli qoyulub | 2010 |
Tikilib | 2018 |
Açılış tarixi | 21 aprel 2018 |
Tikinti xərcləri | 300 milyon $ |
Memar | SaranskGrazhdanProekt |
Sahibi | Mordoviya |
Tamaşaçı tutumu |
43958 (rəsmən)[1] 41685 (2018 FİFA Dünya Kuboku) |
Ev sahibi komanda | Mordoviya Saransk FK |
Meydançanın ölçüləri | 105 x 68 m |
Vikianbarda əlaqəli mediafayllar |
Arena şəhərin mərkəzi hissəsində yerləşir və əsas infrastrukturuna yaxın məsafədədir. Stadionun dizaynı Mordva xalqının qədim mifologiyasındakı əsas obrazı olan günəşin təsvirinə əsaslanır.[2] Mundialdan sonra stadionun Saransk və Mordoviyanın ən böyük idman və asudə mərkəzi olacağı gözlənilir.[3]
Tarixi
redaktəSaranskda yeni bir stadionun tikilmə qərarı Rusiyanın mundiala ev sahibliyi edəcəyinin təsdiqlənməmişdən əvvəl alınmışdı. Stadion 2010 ilə 2012-ci illər arasında inşa edilməliydi və iki önəmli tədbirə ev sahibliyi etməliydi: Spartakiada və Mordoviya xalqı ilə rus dövləti xalqları arasındakı minillik yubiley.[4] Sport-Engineering şirkəti stadionu planlaşdırılan şirkət oldu. Stadionda ilk rəsmi matç 21 aprel 2018-ci ildə oynandı.
2017-ci ilin sonunda stadionun dizayn görünüşü tamamlandı. Ətrafı gözəlləşdirildi, qapalı binaların, ictimai-iaşə obyektlərinin tikintisi, stadion içindəki liftlər quraşdırıldı. Bundan əlavə, stadionun tikintisi müxtəlif şəhərsalma problemlərini həll etməyə də imkan verdi: yeni park salındı, İnsar çayının bazisi düzəldildi və yaşayış ərazisinin şəhərin mərkəzi ilə əlaqəsi yaradıldı. Sahədə rekreasiya obyektləri tikildi, ictimai və asudə vaxt üçün festivalların keçirilməsi barədə şərait yaradıldı.[5]
Yerləşdiyi ərazi
redaktəStadion Saranskın mərkəzi hissəsində, İnsar çayının şərq sahilində yerləşir. Stadiona maşınla, ictimai nəqliyyatla, xüsusilə də aeroportdan, dəmiryol stansiyasından xidməti avtobuslarla getmək olar. Önəmli otellər, fan zone və gəzməli-görməli yerlər də stadionun yaxınlığında yerləşir. Stadion Volqoqradskaya küçəsi və 21-ci əsrin ilk onilliyində yaradılmış Yubileniy mikrorayonu (rus. Микрорайон Юбилейный) ilə əhatə olunur. Stadionun yerləşdiyi ərazi həm də 1958-ci ildə yaradılmış köhnə Posop kəndinin ərazisində yerləşir. 2010-cu ilin sonunda stadionun üçün yer açmaq məqsədilə meşəlik və benzin stansiyası dağıdıldı. Bundan əlavə, avto-təmir mərkəzi və 14 taxta mənzil söküldü.[6][7] Mənzil sahiblərinə xeyli təzminat verildi.
Dizayn
redaktəFİFAya stadionla bağlı təklif ediləndə, Saranskda alman arxitektor Tim Hupenin yaratdığı müvəqqəti layihə nümayiş etdirilmişdi (Layihə Cənubi Afrika Respublikasındakı FNB Stadionunun layihəsindən götürülmüşdü). Stadionun tikintisini "Saransk Grazhdan Proekt" şirkəti öz üzərinə götürmüşdü. Stadion qazan formasında tikilmişdir və oturacaqları xaricindəki fasad kimi narıncı rəngdədir. Tamaşaçı tutumu 43958 nəfərdir. Stadionun iki yeraltı mərtəbəsi və beş yerüstü mərtəbəsi var. Stadionun otu Kanadadan gətirilib və ot altdan isitmə sistemləri ilə təchiz olunub.
İnşası
redaktəSon mərtəbə olan beşinci mərtəbənin tikintisi 2015-ci ilin dekabrında başlandı.[8]
Divarlar və dam günəş rəngli perforasiya olunmuş metal panellərdən hazırlanmışdır. Bu istiqanlılığı və qonaqpərvərliyi təmsil edir. Sinklənmiş dam təməli yuxarıdan qoyulan izolyasiya və membran örtükləri olan profilli təbəqələrdən hazırlanır.[9]
Stadionun inşası 2018-ci ilin aprel ayında tamamlandı.[10]
Davranış qaydaları
redaktəMatça gedən tamaşaçılara aşağıdakıları bilmələri tövsiyə olunur:[11]
- Stadiona oyundan bir az daha erkən çatmaları xahiş olunur: Qapılar oyuna 3 saat qalmış vaxtdan açılır.
- Stadion dumansız məkandır.
- Stadion NO RE-ENTRY prinsipinə riayət edir: Azarkeş stadiona girdikdə bileti yoxlanır və bundan sonra o, stadiondan kənara çıxa bilməz
- Stadion ayrı maddəli tullantıların toplanmasını həyata keçirir. Tamaşaçılara geri dönüşüm qutuları haqqında məlumatlara diqqət yetirmək və sadə qaydalara riayət etmək tövsiyə olunur: plastik şüşə, alüminium qutular və kağızı sarı qutulara, yemək tullantıları, salfetlər, qablar və butulkaları yeşil qutulara qoyun. Tullantıların belə təsnifatı onları təkrar emal edib yenidən istifadəyə yararlı etməyə imkan verir. Həm də ətraf mühitin çirklənməsinə əhəmiyyətli dərəcədə fayda verir.
2018 FİFA Dünya Kuboku zamanı
redaktəTarix | Saat | Komanda #1 | Nəticə | Komanda #2 | Mərhələ | Tamaşaçı sayı |
---|---|---|---|---|---|---|
16 iyun 2018 | 19:00 | Peru | 0–1 | Danimarka | C qrupu | 40502[12] |
19 iyun 2018 | 15:00 | Kolumbiya | 1–2 | Yaponiya | H qrupu | 40842[13] |
25 iyun 2018 | 21:00 | İran | 1–1 | Portuqaliya | B qrupu | 41685[14] |
28 iyun 2018 | 21:00 | Panama | 1–2 | Tunis | G qrupu | 37168[15] |
İstinadlar
redaktə- ↑ "Стадион «Мордовия Арена». Информация о стадионе". Официальный сайт ФК «Мордовия (футбольный клуб)» // fc-mordovia.ru. 2018-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-26.
- ↑ "Стадион ЧМ-2018 "Мордовия-Арена" получил разрешение на ввод в эксплуатацию". worldcup2018.tass.ru. 2018-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
- ↑ "Russia 2018 Fifa World Cup: artist's impressions of stadiums" (ingilis). 7 dekabr 2010. ISSN 0307-1235. 23 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2018.
- ↑ "Мордовия Арена, Саранск". ru2018.org (rus). 17 July 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 June 2018.
- ↑ "Мордовия Арена, Саранск". ru2018.org (rus). 2018-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
- ↑ "Мордовия вовсю готовится к чемпионату мира". 2 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2010.
- ↑ "Саранск-2018". saransk-2018.com. 2018-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-27.
- ↑ "Construction of Mordovia Arena top floor begins in Saransk". Welcome 2018. 17 dekabr 2015. 2018-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2018. (#invalid_param_val)
- ↑ "FIFA: Mordovia Arena construction going at fast pace". Welcome 2018. 29 sentyabr 2017. 2018-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2018. (#invalid_param_val)
- ↑ Carroll, Oliver. "Prison football: Inside the World Cup 2018 city whose sporting history is intrinsically linked to the Gulag". The Independent. 31 dekabr 2017. 2022-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2018. (#invalid_param_val)
- ↑ "Саранск-2018-правила поведение на матче". saransk-2018.com. 2018-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
- ↑ "Matç hesabatı – C qrupu – Peru - Danimarka" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 16 June 2018. 24 June 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 iyun 2018.
- ↑ "Matç hesabatı – H qrupu – Kolumbiya - Yaponiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 19 iyun 2018. 2018-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 iyun 2018.
- ↑ "Matç hesabatı – B qrupu – İran - Portuqaliya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 25 iyun 2018. 2018-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 iyun 2018.
- ↑ "Matç hesabatı – G qrupu – Panama - Tunis" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 28 iyun 2018. 2018-06-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 iyun 2018.