Mossad - Wikipedia
Mossad (ivritcə: המוסד למודיעין ולתפקידים מיוחדים) — kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanı. İsrailin məxfi kəşfiyyat orqanı olan Mossad dünyanın ən effektiv və peşəkar işçi heyətlərindən birinə malikdir.
Mossad | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | İsrail |
Yurisdiksiya | İsrail |
Yaradılma tarixi | 13 dekabr 1949 |
Tabelik | İsrailin Baş naziri |
Ştat sayı | 1,200 |
Baş qərargah | |
Rəhbərlik | |
Rəhbər | David Barnea |
|
|
Rəsmi saytı | Rəsmi saytı |
Vikianbarda əlaqəli mediafayllar |
1949-cu il 13 dekabr tarixində yaradılmış, mərkəzi ofisi Təl-Əviv şəhərində yerləşir. İşçilərinin sayı 1200 nəfərə çatır. Rəhbərlərinin adı əvvəllər məxfi saxlanılsa da, XX əsrin 90-cı illərindən etibarən rəsmi şəkildə elan olunur. 2005-ci ildən etibarən Mossadın rəhbəri Meir Daqandır. Rəhbər birbaşa Malik Ab məruzə edir.
İsrailin digər xüsusi xidmət orqanları:
- AMAN-hərbi kəşfiyyat xidməti (Rəis - Aharon Zeevi)
- Şin Bet (Şabak adı ilə də tanınır, (Şerut bitahon klali - "ölkədaxili təhlükəsizlik xidməti") ölkədaxilində təhlükəsizlik işlərinə cavabdehdir.
Struktur quruluşu
redaktəDəqiq məlum olmasa da səkkiz şöbədən ibarət olması güman edilir:
- Toplanış bölməsi — ən böyük bölməsidir. Bütün casusluq əməliyyatları məhz bu şöbədən idarə olunur. Qismən məxfi, qismən də açıq şəkildə — İsrailin diplomatik konsulluqlarında olmaqla bütün dünyada filialları mövcuddur. Ehtimallara görə şöbə özü də regionlar üzrə bölünür.
- Siyasi işlər və əməkdaşlıq üzrə şöbə — dost ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq və İsraillə birbaşa rəsmi diplomatik münasibətləri olmayan ölkələrlə əlaqələr saxlamaq işlərinə baxır. İsrailin bir qədər iri konsulluqlarının hər birində bu şöbənin işçiləri çalışır.
- Xüsusi təyinatlı əməliyyatlar şöbəsi və ya Meçada — hücum, sabotaj və hərbi aksiyaların təşkili və ən yüksək məxfilik şəraitində psixoloji müharibələrin aparılması məsələləri ilə məşğuldur.
- LAP (לוחמה פסיכולוגית) — psixoloji müharibələr və təbliğatlar aparılması və aldadıcı manevrlərin işlənilməsi ilə məşğul olur.
- Tədqiqatlar şöbəsi — burada dünyanın müxtəlif bölgələrindəki vəziyyət haqqında vaxtaşırı hesabatlar hazırlanır. 15 regional qrupa bölünür və xüsusi diqqət Yaxın Şərqə yönəlmişdir. Şöbə daxilində atom silahları ilə məşğul olan qrup da mövcuddur.
- Texniki şöbə — Mossadın həyata keçirdiyi əməliyyatların maddi-texniki təminatına və xüsusi təyinatlı texniki avadanlıqların işlənib hazırlanması məsələlərinə cavabdehlik daşıyır.
Mossad mülki strukturdur, orada hərbi rütbələrdən istifadə olunmur. Bununla belə işçilərinin əksəriyyəti orduda xidmət etmiş, çoxları isə orduda zabit rütbəsinə sahibdir.
Rəhbərləri
redaktə- Reuven Şiloah (1949-53)
- İsser Harel (1953-63)
- Meir Amit (1963-68)
- Zvi Zamir (1968-73)
- Yitzak Hofi (1973-82)
- Nahum Admoni (1982-89)
- Şabtai Şavit (1989-96)
- Danni Yatom (1996-98)
- Efraim Halevi (1998-2002)
- Meir Daqan (2002-2011)
- Tamir Pardo (2011-2016)
- Yossi Kohen (2016-2021)
- David Barnea (2021-hazırda)