Nadir şahın oğlu Nəsrullah Mirzə Əfşar-Osmanlı müharibəsi zamanı Kirmanşahdan hərəkətə keçərək Osmanlı qoşunu ilə döyüşə girdi.[1] Qarşı tərəfin qoşunu Türklər və Kürdlərdən ibarət idi.[2] Döyüş Mosul yaxınlığında baş verdi. Əfşarlar Osmanlılar üzərində qələbə çaldı və əsirlərdən bir hissə Nadir Şahın düşərgəsinə yola salındı.[3][4] Döyüşdən sonra Nəsrullah Mirzə Kirmanşaha qayıtdı. Nəsrullah Mirzə Nadir Şaha bildirdi ki, Osmanlı imperyasının digər torpaqlarınıda ələ keçirmək olar lakin, Şah bu fikrə razı olmadı və Sultan Mahmudla barışmaq niyyətinə gəldi.[3]