Mosxlar - Wikipedia
Mosxlar (q.yun. Μόσχοι) — Gürcüstanın cənubunda, Mesxetiyada yaşayan qədim tayfalardan biri. Qəbilənin bu adına qədim dövrlərin müəllifləri arasında rast gəlinir (Miletli Hekatey, e.ə. VI əsr). Mosxlar Assuriya və Urartu mənbələrində adı çəkilən muşkların törəmələri, sonrakı mesxetiyalıların əcdadlarının hesab olunurlar.E.ə. 676-cı ildə Frigiya çarlığının süqutundan sonra bu tayfalar şimal-şərqə köçərək Gürcüstanın cənub-qərbində məskunlaşmışdılar. E.ə. V əsrdə mostlar Qara dənizin cənub-şərq sahilində yaşayan digər tayfalar ilə birlikdə Əhəməni dövlətinin 19-cu satraplığının tərkibində idi.[1] Kiçik qalxan və nizələrlə silahlanmış mosxlar İran kralı I Kserksin Yunanıstana qarşı yürüşündə iştirak etmişdi. E.ə. I–b.e. I əsrlərdə mosxlar Mesx dağ silsiləsi boyunca, İberiya, Ermənistan və Kolxida arasındakı sərhəd bölgəsində lokallaşdırılmışdılar. Odur ki, qədim yunan mənbələrində mosx tayfasının adı Qafqaz dağlarının bir hissəsi olan Kiçik Qafqaza verilmişdir.[2][3]
Bir sıra mənbələrdə moısxlar ayrıca tayfa kimi deyil, qədim yunan mənbələrində mesxetiyalılıaır adı kimi müəyyən edilir.[4]
İstinadlar
redaktə- ↑ Robert W. Edwards. . 42. 1988. ISSN 0070-7546.Orijinal mətn (ing.)
Herodotus in the fifth century B.C. (3.94; cf. 7.78) tells us that the Moschoi and Makrones along with the Tibareni, Mares, and Mossynoikoi were grouped into the nineteenth satrapy of the Persian empire and collectively paid a tribute of three hundred talents.
- ↑ Любкер Фридрих. Реальный словарь классических древностей. Санкт-Петербург: О-во классич. филологии и педагогики. 1885. /.
- ↑ Plut. Pomp. 34. Plin. 5, 27, 27. Strab. 1, 61. 11, 492
- ↑ "Мосхи". Большая советская энциклопедия. в 30-ти т. — 3-е изд.. — М. 1969—1986. 2023-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.