Mtiuleti Usyani 1804 - Wikipedia
Mtiuleti üsyanı — 1804-cü Rusiya imperiyasının tərkibindəki Gürcüstan quberniyasına daxil olan keçmiş Kartli-Kaxetiya çarlığı ərazisində (Şərqi Gürcüstanda) baş tutmuş üsyan.[1] Üsyan Rusiya İmperator Ordusu tərəfindən yatırılmışdır.
Mtiuleti üsyanı | |||
---|---|---|---|
Tarix | 1804 | ||
Yeri | Mtiuleti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Arxa plan
redaktə1801-ci ilin yanvarında Rusiya imperiyası mövcud siyasi vəziyyətdən istifadə edərək Kartli-Kaxetiya çarlığını ilhaq etdi. Həmin ilin may ayında Rusiya ordusunun generalı Karl Knorrinq Kartli-Kaxetiya taxtına namizəd olan Davidi devirdi və yerinə Rus ordusunun digər zabiti İvan Lazarevi gətirdi. Beləliklə, Kartli-Kaxetiyadakı çarlıq rejimi aradan qaldırıldı və bölgə Rusiyanın vilayətlərindən birinə çevrildi. Rusiyanın hakimiyyəti bölgəyə sülh gətirsə də, Kartli-Kaxetiyadakı vəziyyət qarışıq olaraq qaldı.[2][3]
Üsyan
redaktəÜsyan Dəryal keçidinin yaxınlığındakı bölgədə baş tutmuşdu. Bir neçə yerli osetin, bölgədə yerləşdirilmiş kazakların onlardan taxıl və ət tələb etməsindən narazı idilər. Cavabında kazaklar narazı şəxsləri quyuya ataraq öldürdülər. Bu hadisədən sonra kazaklar yerli sakinlərə qarşı daha böyük aqressivlik göstərməyə başladılar. Kəndlilər məcburi əməyə cəlb edildilər, iki kişi qamçı ilə vurularaq öldürüldü, mal-qara ölənə qədər istismar edildi və s.[1]
Buna cavab olaraq Araqvi vadisinin sakinləri Gürcüstandakı rus qoşunlarının komandanı Dmitri Volkonskiyə tabe olan əsgərlərə hücum edərək onlardan bir neçəsini öldürdülər. Daha sonra isə yaxınlıqdakı bir neçə qalanı ələ keçirdilər. 1804-cü ilin yaz aylarında osetinlərdən və gürcülərdən ibarət olan 4000 nəfərlik üsyançı Baqrationilər sülaləsindən olan şəhazdə Parnaozu onlara rəhbərlik etməyə dəvət etdi.[1] Həmin ilin avqustunda Lomisi istiqamətində Rusiya ordusunun və üsyançıların qüvvələri arasında toqquşma baş verdi. Bəzi gürcü əyanlarının ruslardan çəkinməsi və həmçinin İrəvanın mühasirəsindən geri qayıdan Pavel Sisiyanovun rus ordusuna dəstək verməsi nəticəsində ruslar məğlubiyyətdən xilas oldular. Nəhayət üsyan yatırıldı. Üsyanda iştirak etmiş yüzlərlə şəxs süngüdən keçirildi və ya həbs edildi.[1][4]
Mtiuleti üsyanına bir çox gürcü zadəganı da qatılmışdır.[4]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Rayfield, 2012. səh. 263
- ↑ Suny, 1994. səh. 68-70
- ↑ Rayfield, 2012. səh. 263-264
- ↑ 1 2 Suny, 1994. səh. 70
Ədəbiyyat
redaktə- Rayfield, Donald. Edge of Empires: A History of Georgia. Reaktion Books. 2012. ISBN 978-1780230702.
- Suny, Ronald Grigor. The Making of the Georgian Nation. Indiana University Press. 1994. ISBN 978-0253209153.