Mucem El Buldan - Wikipedia
Mucəm əl–buldan (ərəb. كتاب معجم البلدان) — coğrafiyaşünas və səyyah Yaqut əl–Həməvinin 1224-cü ildə yazmağa başladığı və 1228-ci ildə bitirdiyi coğrafi lüğət.
Yaqut əl-Həməvinin “Mucəm əl-buldən” əsəri XIII əsrin əvvəllərində Qafqaz, eləcə də Azərbaycanda baş vermiş hadisələrin gərginliyini əks etdirməklə yanaşı, monqollaraqədərki bəzi məsələlər, bölgənin tarixi coğrafiyası və dövrün müsəlman aləminin görkəmli elm və mədəniyyət xadimlərinin fəaliyyəti ilə oxucuları tanış edir. Mürəkkəb siyasi şəraitdə meydana gəlmiş “Mucəm əl-buldən” əsərində Azərbaycanın və bütövlükdə Qafqazın siyasi-iqtisadi-mədəni həyatı haqqında qiymətli elmi materiallar yer alır. Əsər sözügedən ərazidə orta əsr şəhərlərinin ziyalı mühiti və Xilafət tərkibində olan ölkələrlə elmi-mədəni əlaqələrin öyrənilməsi, eyni zamanda bölgənin monqol hücumlarından əvvəlki və sonrakı vəziyyəti ilə bağlı müqayisəli təhlil aparılması baxımından da mühüm elmi əhəmiyyət kəsb edir.[1]
Tarixçi alim Nərgiz Əliyeva Yaqut əl-Həməvinin sözügedən əsərini geniş şəkildə tədqiq etmiş və 2020-ci ildə onun "Mucəm əl-buldən" əsərində Azərbaycan və Qafqaz" adlı monoqrafiyası nəşr olunmuşdur.[2]
Xarici keçidlər
redaktə- Jacut's geographisches Wörterbuch herausg. von F. Wüstenfeld (1870)
- Jacut's geographisches Wörterbuch herausg. von F. Wüstenfeld (1873)
- Предисловие // Якут аль-Хамави. Му'джам ал-Булдан — Алфавитный перечень стран (Материалы по Азербайджану). Перевод с арабского З. М. Буниятова и П. К. Жузе. Баку: издательство «Элм». 1983.
İstinadlar
redaktə- ↑ ""Mucəm əl-buldən" əsərində Azərbaycan və Qafqaz". 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-10.
- ↑ "N.Əliyeva. "Mucəm əl-buldən" əsərində Azərbaycan və Qafqaz" (PDF). 2022-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-10.