Muncuqlu Tikme - Wikipedia
Muncuqlu tikmə (rus. вышивка бисером) - toz (xırda) və rəngarəng muncüqlarla işlənilən tikmə növü.
Texnika
redaktəMuncuqlu tikmənin geniş yayıldığı yerlər Şuşa, Gəncə, Qazax, Naxçıvan, Bakı və Təbrizdir. Muncuqlar xüsusi saplara düzülür, sonra isə pul kisəsinin, daraq qabının və yaxud digər əşyaların üzərinə tikilib bərkidilir. Təsvirlər müxtəlif formada və kompozisiyada işlənilirdi. Məxmər, qanovuz, şal və qismən kətan parçalar üzərində işlənirdi. İstənilən bir naxış motivini parça üzərinə keçirmək üçün ilk növbədə onun ümumi mühit xətti qeyd edilir, sonra düzülmüş hazır saylı muncuqları götürüb, lazımi yerə bənd edirlər. Muncuqlar iki üsulla, ya təkbətək, ya da düzüm halında sıra ilə parça üzərinə bənd edilirdi.[1]
Ən geniş yayılan motivlər güllər, çiçəklər, yarpaqlar idi. Belə tipli tikmələrdə mirvaridə istifadə edilirdi.[2]
İstinadlar
redaktə- ↑ Nizami kitabxanası - Azərbaycan tikmə sənəti[ölü keçid]
- ↑ "Günay Qafarova, sənətşünaslıq namizədi. Azərbaycanın el sənətinin maraqlı nümunələri". 2013-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-24.