Musa Heyderov - Wikipedia
Musa Heydərov (2 may 1928, Çomaxtur, Naxçıvan MSSR – 10 yanvar 2001) — 91-lərin üzvü, "Şöhrət" ordeni laureatı (2000).
Musa Heydərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 may 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 10 yanvar 2001 (72 yaşında) |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəMusa Feyzulla oğlu Heydərov 2 may 1928-cidə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuşdur. 1957-ci ildə Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdi. 1957–1958-ci illərdə Bakı şəhəri 92 №-li fəhlə-gənclər məktəbində riyaziyyat müəllimi işləyib.
1958–1962-ci illərdə Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoju Universitetinin "Ali cəbr və həndəsə kafedrası"nda baş laborant və assistent vəzifələrində işləyib. 1962–1965-ci illərdə Azərbaycan Respublikasından xaricdə məqsədli aspiranturada oxuyub. 1965-ci ilən, Azərbaycan Dövlət Neft Akademiyasında assistent, baş müəllim, dosent vəzifələrində işləyib. Azərbaycan Dövlət Neft Akademiyasının "Ali riyaziyyat" kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi olmuşdur.
31 mart-16 aprel 1998-ci il tarixlərdə Səudiyyə Ərəbistanı kralının dəvəti ilə Azərbaycan nümayəndə heyətinin tərkibində Həcc ziyarətində olmuşdur.
Musa Heydərov uzun sürən xəstəlikdən sonra 2001-ci il yanvarın 10-da vəfat edib.
Siyasi fəaliyyəti
redaktə1952–1990-cı illərdə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. Sov. İKP-nin vəhşi ideologiyasına nifrət əlaməti olaraq 22 yanvar 1990-cı ildə öz ərizəsi ilə həmin partiyada çıxıb. Azadlıq hərəkatında fəali iştirak edib.
Siyasi fəaliyyətini 1992-ci ildə respubblika mətbuatında dərc olunmuş "Azərbaycanın tamlığı naminə" məqaləsi ilə davam etdirməyə başlayıb. Həmin məqalədə Heydər Əliyevin Bakıya gəlməsinə maneəçilik göstərənləri Azərbaycan xalqının düşməni adlandırıb.
16 oktyabr 1992-ci ildə "Azərbaycan Sizin sözünüzü gözləyir" (Heydər Əliyevə müraciət) müracətinə imza atan 91 nəfərdən biri olmuşdur. Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon İdarə Heyətinin üzvü kimi ömrünün sonuna kimi partiyada fəaliyyətini davam etdirmişdir.
Təltifləri
redaktə14 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmani ilə elm və təhsil sahələrindəki xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.