Musa Mamut - Wikipedia
Musa Mamut (krımtat. Musa Mamut, Муса Мамут; 20 fevral 1931, Uzunca, SSRİ — 28 iyun 1978, Simferopol, SSRİ) — krımtatar əsilli ictimai fəal. Krım tatarlarının maraqlarına qarşı edilən laqeydlik səbəbindən intihar etdi.
Musa Mamut | |
---|---|
Doğum tarixi | 20 fevral 1931 |
Vəfat tarixi | 28 iyun 1978 (47 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | siyasi fəal[d], traktorçu[d] |
Bioqrafiyası
redaktəMusa Mamut Uzunca kəndində çoban Yağı Mamutun ailəsində anadan olmuşdur. Onun ailəsi Krım tatarlarının deportasiyası zamanı Daşkənd vilayəti Mirzəçöl rayonu "Bayaut" kolxozuna köçürülmüşdür. Deportasiyanın ilk illərində Musanın iki qardaşı və iki bacısı aclıqdan həlak olur. Çarəsizlikdən 13 yaşlı uşaq ikən pambıq qəbulu məntəqəsində işləməli olur. Tez-tez döyüldüyündən bəzən şüurunun itkisinə səbəb olurdu.
10 yanvar 1956-cı ildə cəmi 4 sinif təhsili olan Musa Mamut kənd təsərrüfatı mexanizasiyası uçilişinə daxil olur. Birinci kursun bitməsindən sonra o, traktor sürücüsü olaraq təyin edilir. Uçilişi bitirdikdən sonra isə kolxozda traktorçu olaraq kimi fəaliyyətini davam etdirir. 1958-ci ildə Zəkiyə Abdullayeva ilə evləndikdən sonra Yangiyol şəhərinə köçür. Çirçik çayının sağ sahilində yerləşən kanallar qrupunun ofisində mexanik, sonra da texnik olaraq kimi fəaliyyət göstərir.
1975-ci ilin aprelində Musa Manmut Krıma qayıdır və Beş Terek kəndində özünə ev alır. ancaq evin rəsmiləşdirilməsi məsələsində problemlər yaşanır. Sonra pasport pozuntusu ilə əlaqədar ona və ailəsinə qarşı cinayət işi başladılır. 23 aprel 1976-cı ildə Musa Mamut həbs edilir. 13 mayda Simferopol məhkəməsi ona və həyat yoldaşına iki il iş kəsir.
Bir neçə aydan sonra vicdanlı iş üçün şərti azadlığa buraxılmış və "Neftestroya" təyinat almışdir. 18 iyul 1977-ci ildə erkən azadlığa buraxıldı və Donskoya öz ailəsinin yanına qayıtdı. Ancaq Krım səlahiyyətliləri onu qeydiyyata salmaqdan imtina edir və Mamutiov ailəsinin Krım yarımadasını tərk etməli olduğunu bildirilər. Ali hakimiyyət orqanlarına, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə çoxsaylı şikayətlər etsə də heç bir nəticə əldə olunmur.
20 iyun 1978-ci ildə Musa Mamuta və həyat yoldaşına yeni çinayət işi qaldırılır. Məhkəmə qərarı elan edildikdə, kişi artıq prokurorların əlinə düşməyəcəyini bildirdi. İyunun 23-də, saat 10.30 radələrində yerli polis müfəttişi Musanı istintaqçıya aparmaq üçün gəldiyi zaman üzərinə benzin tökərək yandırır.
28 iyun 1978-ci ildə Musa Mamut Simferopol şəhər xəstəxanasında yanıqlardan həlak olur. Həyatının sonuncu anına qədər tamamilə şüurlu şəkildə öz əməlindən tövbə etmədiyini və Krım tatarlarının hüquqlarının pozulmasına etiraz etdiyini bəyan etdi. 30 iyunda onu Donski kənd qəbrstanlığında dəfn edirlər.
Musa Mamutun hərəkətinə münasibətlər
redaktəMusa Mamutuin bu addımı rezonansa səbəb olur. Xüsusilə onun hərəkətləri Mustafa Əbdülcəmil Qırımoğlu dünya ictimaiyyətinə və Səudiyyə Ərəbistanı kralı Xalid ibn Əbdül Əziz Əl-Saud və dünya şöhrətli boksçu Məhəmməd Əliyə ünvanladığı məktublarda vurğulanır. Akademik Andrey Saxaraov Leonid Brejnev və Nikolay Şyolkova müraciət edərək Musanın ailəsinə müavinətin kəsilməsini və nəhayətdə krım tatarlarının probleminə diqqət ayırılmasını istəyir. Musa Mamutun həyat yoldaşı Zəkiyə Abdullayeva SSRİ Baş prokuroru Roman Rudenkoya məktub yazaraq ərinin intiharından məsul olanların cəzalandırılmasını istəyir. Müxalif şair və hüquq müdafiəçisi Qrigori Matveyeviç Musa Mamuta həsr olunmuş "Krım üzərində məşəl"[1] poemasını yazır.
Musa Mamutun şərəfinə Yalta[2], Sudak[3], Mirnoe[4] şəhərlərində küçə adları vardır. Donskidə 2009-cu ildə "Musa Mamut" adlı müsəlman dini icması qeydiyyatdan keçmişdir[5].
İstinadlar
redaktə- ↑ "Григорий Александров. Факел над Крымом" (ukrayna). «Інформаційний центр кримських татар». 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 января 2015.
- ↑ "Ялта, улица имени Мусы Мамута". «Suntime». 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 января 2015.
- ↑ "Судак, улица Мусы Мамута". «Suntime». 2015-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 января 2015.
- ↑ "Переулок Муса-Мамут в селе Мирное". «Mapdata». 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 января 2015.
- ↑ "Мусульманська релігійна громада Муса Мамут" (ukrayna). «b2btoday.com.ua». 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 января 2015.
Mənbə
redaktə- "Повернення Фенікса" (ukrayna). «День». İstifadə tarixi: 31 yanvar 2015.
- "Крымский факел достоинства. О самосожжении Мусы Мамута". «Крым. Реалии». İstifadə tarixi: 31 yanvar 2015.