Musa Penahov - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Musa Sədi oğlu Pənahov (1959) — Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini
Musa Pənahov | |
---|---|
23 fevral 2004-cü il – 13 fevral 2017-cü il | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Atası | Sədi Pənahov |
Uşağı | 2 övladı var |
Elmi fəaliyyəti | |
İş yeri |
Azərbaycan Respublikası Nazirlər Kabineti Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri |
Həyatı
redaktəMoskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlamışdır.
1984–1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı — Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993–2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cü il tarixli 102 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Fəxri Dəmiryolçudur.
Ailəlidir, 2 övladı var.