Mustafa Dənizli Türkiyədə üç böyük klubun hər üçünü çempion eləmiş tək məşqçidi. Futbolçu kimi İzmirin "Altay" klubunda yetişib və 16 il bu komandanın şərəfini qoruyub. 1983-cü ildə "Qalatasaray"a transfer olunan Dənizli burada bir mövsüm keçirir. Çıxdığı 15 matçda 3 dəfə fərqlənən futbolçu zədə səbəbiylə 1984-cü ildə futbolçu karyerasına nöqtə qoyur.[2]
1987-ci ildə Qalatasaraya baş məşqçi təyin olunur və ilk mövsümdəcə çempionluq qazanır. Mustafa Dənizlinin növbəti dayanacağı Almaniya 2-ci liqası olur. Azarkeşlərlə də problemlər yaşayan məşqçi 1990-cı ildə Qalatasaraya dönür. Avropada müəyyən uğurlar qazansa da, rəhbərliklə dil tapa bilmir və komandadan ayrılır. Mustafa Dənizlinin Fənərbağçaya keçidi 2000-ci ilə təsadüf edir. Mövsüm sonunda Fənərbağçanı çempion edən Dənizli bunu bacaran ilk türk məşqçi kimi tarixə düşür.[2] 2008-ci ildə o, digər İstanbul nəhəngi Beşiktaşa keçdi. Uğursuz startdan sonra toparlanan Dənizli komandasına həm çempionluq, həm də kubok qazandıraraq qızıl dubl etdi. Bu, Beşiktaşın 6 ildən sonrakı çempionluğu idi. "Qartal" 19 il idi ki, qızıl dubl edə bilmirdi. Dənizlinin milli karyerası da çox uğurludu. O, 2000-ci ildə Türkiyə seçməsinə baş məşqçi təyin olunur. Avro 2000 seçmə mərhələsində Almaniya ilə eyni qrupda mübarizə aparan türklər ikinci oldular. Play-off yarışlarında İrlandiyanı keçən Türkiyə Avropa Çempionatına qatıldı. İtaliya, Belçika və İsveçlə eyni qrupda olan Türkiyə bu dəfə də ikinci oldu. Bu, Türkiyə millisinin o günə qədərki ən yaxşı göstəricisiydi.[2] 2013-cü ildə AzərbaycanınXəzər-Lənkəran klubu ilə 1.5 illik müqavilə bağlayıb.[5][6]