Mustafa Salahov - Wikipedia
Salahov Mustafa Səttar oğlu (29 avqust, 1931, Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı alim, kimya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü.
Mustafa Salahov | |
---|---|
Salahov Mustafa Səttar oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA-nın Polimer Materialları İnstitutu |
Mükafatları |
Həyatı
redaktəM.S.Salahov 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. O zaman Azərbaycan SSSR-in tərkibində idi.Məktəbi bitirəndən sonra Qorki Dövlət Universitetinin kimya fakultəsinə qəbul olmuş və fiziki-kimya ixtisasını seçmişdir. İnstitutu bitirdikdən sonra M.S.Salahov 1955-ci ildə Sumqayıtda Sintetik Kauçuk zavodunda işləməyə başlamış və Azərbaycan Elmlər Akademiyasının Neft institutunun asperanturasına daxil olmuşdur.Bir müddət Rezin laboratoriyasının müdiri olmuşdur.M.S.Salahov kimya Elmlər doktoru və professordur. O, Azərbaycan Milli Elmlər Akademiyasinin 2001-ci ildən müxbir üzvü, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycan Respublikasının əməkdar ixtiraçısı adına layiq görülmüş və Azərbaycan Respublikasının Memarlar ittifaqının fəxri üzvüdür. M.S.Salahov hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının polimer materiallar institutunda (Sumqayıt şəh.) monomer və polimerlərin stereokimya laboratoriyasına başçılıq edir.M.S.Salahov elmi və pedaqoji fəaliyyətini davam etdirir.O ,Bakı Dövlət Universitetinin professorudur.M.S. Salahovun rəhbərliyi altında 31 elmlər namizədi və 2 elmlər doktoru hazırlanıb.M.S.Salahov bir neçə kitabin müəllifidir : «Yarat, yaşa», «Akademik Yusif Məmmədəliyev», «Əshabi-Kəhf», «Şam-Əxi» və s. O, poema və şerlər də yazır.
Mükafatlar
redaktə2004-cü ildə M.S.Salahov “Şöhrət” ordeni ilə tərtif olunmuşdur[1].
O ak. Y.Məmmədəliyevin və ak.M.Mehdizadə adina mükafat ilə tərtif olunmuşdur.
Elmi nailiyyətləri
redaktəC1-C5 karbohidrogenlərinin tam xlorlaşmasından C1-C6 xlorkarbonların alınma qanunauyğunluqlarının müəyyən edilməsi, C60-füllerenlərin ayrılması imkanlarının aşkar edilməsi və dioksin ksenobiotiklərinin[2] əmələ gəlməsinin qarşısının alınması mümkünlüyünün müəyyən edilməsi. Karbohidrogenlərin oksixlorlaşması və oksibromlaşması reaksiyalarının əsas prinsiplərinin yaradılması. Heksaxlor və dialkilkoksitetraxlortsiklopentadiyenin tetrahidroftal və norbarnen turşularının anhidridləri, imidləri və bisimidləri ilə və həmçinin onlardan alınan bis-imidodiyenlərin bis-imidodiyenofillərlə Dils-Alder kondensləşməsi və polikondensləşməsi reaksiyalarının sistematik qaydada həyata keçirilməsi və tədqiq olunan reaksiyaları, stereoselektivliyinin aydın araşdırılması, müntəzəm quruluşlu hərəki-gövdə zəncirli yanmaz polimerlərin yaradılması.
Əsas elmi nailiyyətlər
redaktə- Flame-retardant monomers from chlorinated petroleum hydrocarbons // J. Chem. Mech., 1978, р. 44-51
- Внутримолекулярное /4+2/- циклоприсоединение // Успехи химии, 1986, т.55, вып.12, с. 2008—2044.
- Еновая сополимеризация бис-триазолиндионов с бисимидами цис-4-циклогексен-1,2-дикарбоновой кислоты // Высокомолек. соед., 1997, т. 39Б, с.1531.
- Contamination of the environment in Azerbaijan with dioxin xenobiotics // Organohalogen compounds, 2000, Vol.46, p. 510.
- Синтез новых классов хлорированных диимидов тетракарбоновых кислот // ЖОрХ, 1998, т. 34, вып.1, с.145[1].
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
- ↑ Contamination of the environment in Azerbaijan with dioxin xenobiotics // Organohalogen compounds, 2000, Vol.46, p. 510.