Nurnberq Qanunlari - Wikipedia
Nürnberq irqi qanunları (alm. Nürnberger Rassengesetze) — iki irqçi (əsasən yəhudilərə qarşı) qanunvericilik aktıdır: "Reyxin vətəndaşı haqqında qanun" (alm. Reichsbürgergesetz) və "Alman qanı və alman ləyaqətinin qorunması haqqında qanun" ( alm. Gesetz zum Schutze des deutschen Blutes und der deutschen Ehre). Adolf Hitlerin təşəbbüsü ilə 1935-ci il sentyabrın 15-də Nürnberq şəhərində Nasional Sosialist Partiyasının Konqresində gizli proqrama (1920) uyğun olaraq elan edilmiş və partiyanın qurultayı münasibətilə Nürnberqdə xüsusi olaraq çağırılan Reyxstaqın sessiyasında yekdilliklə qəbul edilmişdir.
Qanunların təsviri
redaktəReyxin vətəndaşları haqqında qanun"un ikinci maddəsinə əsasən, Reyx vətəndaşı yalnız "german və ya qohum qana malik olan və öz davranışı ilə alman xalqına və Reyxə sədaqətlə xidmət etmək arzusunu və bacarığını sübut edən şəxs ola bilərdi." Bu ifadə əslində bir çox insanın, ilk növbədə yəhudilərin və qaraçıların Almaniya vətəndaşlığından məhrum edilməsi demək idi.
Bu qanunların yaradılmasında və həyata keçirilməsində ən çox diqqət yəhudilərə verilmişdir. Beləliklə, Alman qanının və alman ləyaqətinin qorunması haqqında qanun bir sıra qadağalar arasında yəhudilər və “german və ya qohum qandan olan vətəndaşlar” arasında nikahı və nikahdankənar birgə yaşayışı “irqin təhqir edilməsi” kimi qadağan edilirdi. Qanun pozuntusu cinayət təqibi ilə nəticələnirdi.
"Alman qanı və alman ləyaqətinin qorunması haqqında" qanun
redaktə"Alman qanı və alman ləyaqətinin qorunması haqqında" qanunun mətni
Alman qanının saflığının alman xalqının davamlı mövcudluğu üçün zəruri şərt olduğunu dərk edərək, alman millətinin bütün dövrlərdə mövcudluğunu təmin etmək üçün sarsılmaz qətiyyətdən ruhlanan Reyxstaq yekdilliklə aşağıdakı qanunu qəbul etdi və əhalinin diqqətinə çatdırılır:
1.1. Yəhudilər ilə alman yaxud qohum qanı olan şəxslər arasında nikah qadağandır. Qanuna zidd bağlanan nikahlar qanunu pozmaq üçün xaricdə qeydə alınsa belə, etibarsız sayılır.
1.2. Artıq bağlanmış olan nikahın etibarsız sayılması ilə bağlı iddianı yalnız prokuror irəli sürə bilər.
2. Yəhudilər ilə alman və ya qohum qanı olan şəxslər arasında nikahdankənar əlaqələr qadağandır.
3. Yəhudilərə 45 yaşına çatmamış vətəndaşlar arasından alman və ya qohum qandan olan qadın ev qulluqçularını işə götürməyə icazə verilmir.
4.1. Yəhudilərə Reyxin və torpaqların bayraqlarını qaldırmaq və milli bayrağın rənglərindən istifadə etmək qadağandır.
4.2. Onlara yəhudi simvolikasının rənglərindən istifadə etməyə icazə verilir və bu hüquq dövlətin himayəsindədir.
5.1. 1-ci bənddə göstərilən qadağanın pozulması ağır əməklə (katorqa) cəzalandırılır.
5.2. 2-ci bənddə göstərilən qadağanın pozulması ağır əmək və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
5.3. bəndlərində göstərilən qadağanın pozulması bir ilədək həbs cəzası və pul cəriməsi və ya bu cəzalardan birini nəzərdə tutur.
6. Reyxin daxili işlər naziri fürer müavini və reyxin ədliyyə naziri ilə razılaşaraq bu Aktın həyata keçirilməsi və başa çatdırılması üçün zəruri hüquqi və inzibati sərəncamlar verir.
7. Qanun dərc edildiyi gündən qüvvəyə minir və yalnız 3-cü bənd 1936-cı il yanvarın 1-dən qüvvəyə minir.
Ədəbiyyat
redaktə- Ариизация / Вишлёв О. В. // Анкилоз — Банка. — М. : Большая российская энциклопедия, 2005. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 2). — ISBN 5-85270-330-3.
- Нюрнбергские законы / Вишлёв О. В. // Николай Кузанский — Океан. — М. : Большая российская энциклопедия, 2013. — С. 450—451. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 23). — ISBN 978-5-85270-360-6.
- Gruchmann, Lothar. 'Blutschutzgestz' und Justiz: Zur Entstehung und Auswirkung des Nürnberger Gesetzes von 15 September 1935 (нем.) // Vierteljahrshefte für Zeitgeschichte. München: Oldenbourg Wissenschaftsverlag GmbH, 1983. — С. 418—442. — JSTOR 30196462.
- Longerich, Peter. The Wannsee Conference in the Development of the 'Final Solution' // Holocaust Educational Trust Research Papers : journal. — London: The Holocaust Educational Trust, 2000. — Vol. 1, no. 2. — ISBN 0-9516166-5-X.
- Margaliot, Abraham. The Reaction of the Jewish Public in Germany to the Nuremberg Laws (англ.) // Yad Vashem Studies : journal. Jerusalem: Yad Vashem, 1977. — Vol. 12. — P. 193—229.