Nuzhe - Wikipedia
Nuzhe - Wikipedia - Haqqında Məlumat
Nüzhə (ənnüzhət) – Səfiəddin Urməvinin icad etdiyi simli musiqi alət. Müəllifin öz deməsinə görə, səntur, qanun və çəngin birləşməsindən əmələ gəlib.
Nüzhə | |
---|---|
Söz açımı
redaktə"Nüzhə", "ənnüzhət" sözləri ərəbcə "əyləncə", "könül oxşama" deməkdir [1]. Bu da alətin səs tembri ilə bağlıdır.
Tarixçə
redaktəOrta əsrlərdə geniş yayılan bu alət təqribən XVI əsrdən sonra unudulmağa başlayıb. Arxivlərdə aparılan araşdırmalar sonucunda aləti bərpası mümkün olub.
Quruluşu
redaktəQuruluşca səntura bənzəyir və səntur kimi xromatikdir. Uzun dördbucaqlı şəklindədir, 81 simi vardır. Bu simlərdən hər üçünün eyni ucalıqda (unison) köklənmiş olduğunu nəzərə alsaq, nüzhə musiqi alətində 27 müxtəlif səs əldə edildiyi məlum olar.[2]
İstinadlar
redaktə- ↑ "Türk Dil Kurumu. Büyük Türkçe Sözlük - Nüzhet". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-28.
- ↑ "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Nüzhə". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-28.