Necefliler - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nəcəflilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qaçaq Nəcəfin nəslindəndirlər. Soyun ulu babası Qaçaq Nəcəf Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır.
Nəcəfovlar | |
---|---|
Titul | Bəy |
Əcdadı | Qaçaq Nəcəf |
Mənşəyi | Azərbaycan, Qazax, Aslanbəyli |
Təbəəliyi | Qazax qəzası, Rusiya İmperiyası |
Torpaqları |
Azərbaycanın Qazax rayonunun Aslanbəyli kəndi Azərbaycanın Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi İranın Cənubi Azərbaycan bölgəsinin Qərbi Azərbaycan ostanının (vilayətinin) Xoy şəhristanı |
Haqqında
redaktəQazax rayonunun Aslanbəyli kəndinə mənsub bəy və qaçaq nəslidir.
Soyun zəngin tarixi var. Qaçaq Kərəmin soyundandırlar. Bu nəslin nümayəndələri igidlikdə şan-söhrət qazanmışlar. Bir çox idmançı və pəhləvanları, igid və qəhrəman oğulları ilə tanınmışdır. Nəcəfin ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax Sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100–120 il orada məşkunlaşmış və ad-san qazanmışlar.
Bir gün düşmənləri guya intiqam almaq adıyla Nəcəfgilin atasını güllələyirlər. Buna dözə bilməyən qardaşlar alınmayan sədd qururlar və atasının qisasını alırlar.
Bir çox düşmənləri olan Nəcəf və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar.
Əsasən Ağstafanın Qıraq Kəsəmən, Aşağı Kəsəmən (Yenigün), Qaçaq Kərəm (Ağstafa), Dağ Kəsəmən, Zəlimxan, Poylu kəndlərində, Qazaxın Çaylı, Bala Çaylı (Kommuna Çaylı) kəndlərində, Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndindən, Gədəbəyin Kəsəmən, Samuxun Kəsəmən, Poylu kəndlərində, Cənubi Azərbaycanın Xoy şəhristanında, Borçalının Marneuli rayonunun Sadaxlı, Sadaxlıya yaxın Yenikənd kəndlərində Qardabani rayonunun Soğanlıq kəndlərində Nəcəflilər soyuna yaxın soylar var.
-
Aslanbəyli kəndi
Soyunun qolları
redaktəNəcəfgil 6 qardaş olmuşlar. Xoyda babaları İskəndər bəyin məsləhəti ilə tarixi yurdları olan Qazax elində məskunlaşırlar.
- Böyük qardaşı Molla Zal — Xoydan öz yurdları olan Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinə qayıtmışdır. Savadının hesabına orada Molla adı almışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Qaçaq Kərəmin babasıdır.
- Qaçaq Nəcəf — Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Soyu Aslanbəylidə Nəcəflilər kimi tanınır.
- İsmi — Qazax rayonunun Daş Salahlı kəndində yaşamışdır. Soyu Daş Salahlıda İsmiyevlər kimi tanınır.
- Talıb — Qazax rayonunun Ağköynək kəndində yaşamışdır. Soyu Ağköynəkdə Talıbovlar kimi tanınır.
- 5-ci qardaş — Borçalının Qardabani rayonunun Soğanlıq kəndində yaşamışdır. Qardaşlarından Nəcəflə əlaqəsi sıx olmuşdur
- Kiçik qardaşları — Qazax rayonunun Xanlıqlar və ya Kosalar kəndlərindən birində yaşamışdır.
Soyun tanınmış nümayəndələri
redaktə- Qaçaq Kərəm (1860–1910)- Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq.
- Qaçaq Nəcəf (Təqribi 19-cu əsrin 10-cu illərindəndir) — Məşhur bəy və qaçaq. Aslanbəyli kəndinin Nəcəflilər soyunun ulu babasıdır.
- Molla Zal — Məşhur bəy və qaçaq.
- Zakir Nəcəfov (1952) — alim, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitunun baş elmi işçisi, AMEA İqtisad İnstitunun elmlər doktoru, AMEA-nın Maliyyə-iqtisad şöbəsinin rəisi. Qaçaq Kərəmin babası (ata tərəfdən babası) Molla Zalın qardaşlarından Qaçaq Nəcəfin kötücəsidir. Aslanbəyli kəndindəndir.
Nəcəf Talıbov — Auditorlar Palatası sədrinin müşaviri, Auditorlar Palatası və bir sıra xarici ölkələrdə təşkil edilmiş seminarlarda, simpoziumlarda, konfranslarda iştirak etmiş və 20-dən çox sertifikatlar əldə etmişdir. Auditin aparılması və tənzimlənməsinə dair 50-dən çox sahəvi proqramın, metodik göstərişin, təlimat və qaydanın müəllifidir. "Audit" (2011), "Daxili audit" dərsliklərinin, "Audit. Qanunvericilik və normativ sənədlər" toplusunun (4-cü- 10-cu cildlər) və digər 20-dən çox nəşrin həmmüəllifi və tərtibçisidir.
29 dekabr 2010-cu ildə Azərbaycan Respublikasının "Fəxri auditor"u adına layiq görülmüşdür.
2020-ci ilin sentyabr ayında Gürcüstan Respublikasının "Fəxri auditor"u adına layiq görülmüşdür.
"Peşəkar mühasiblərin, maliyyə menecerlərinin və iqtisadçıların Milli İnstitu"nun (Rusiya Federasiyası) "За вклад в развитие НИПБ" (19 avqust 2011), "Заслуженный бухгалтер" (4 aprel 2016), "Заслуженный ревизор" (16 sentyabr 2021-ci il) medalları ilə təltif edilmişdir.
2016-cı il aprelin 4-də ölkənin auditor sisteminin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Mənbə
redaktə- Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.
- Telman Qəhrəmanov. Qaçaq İsmayıl. Bakı. Şəms: 2006, 192 səh.
İstinadlar
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- "İncə dərəsi (film)" — YouTube platformasında
- "Qazax, Aslanbeyli kəndi (2015)" — YouTube platformasında