Necmeddin Ehmedov - Wikipedia
Nəcməddin Xələf oğlu Əhmədov (23 iyun 1923, Əngəxaran, Şamaxı qəzası – 7 sentyabr 1995) — Azərbaycan ictimai-siyasi xadimi, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1981–1986), Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi (1971–1981), Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi (1964–1971).
Nəcməddin Əhmədov | |
---|---|
12 yanvar 1981 – 1986 | |
Əvvəlki | Aydın Məmmədov |
1971 – 1981 | |
Sonrakı | Zahir Əbdürəhmanov |
1964 – 1971 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 iyun 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 7 sentyabr 1995 (72 yaşında) |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktəNəcməddin Xələf oğlu Əhmədov 1923-cü ildə Şamaxı qəzasının Əngəxaran kəndində anadan olmuşdur.[1] Azərbaycan Dövlət Universitetini bitirmişdir. Böyük Vətən müharibəsində iştirak etmiş, 1953-cü ilədək texnik, sərnişin xidməti rəisinin köməkçisi, yol distansiyası kadrlar şöbəsinin rəisi Zaqafqaziya dəmiryol Bakı şöbəsinin siyasi şöbəsində rəis köməkçisi, Bakı dəmiryol qovşağı qovşağı birləşmiş partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1954–1958-ci illərdə Bakı Ali Partiya Məktəbinin müdavimi olmuşdur.[2]
Nəcməddin Əhmədov 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, qrup rəhbəri, bölmə müdiri, şöbə müdirinin müavini, 1964–1971-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi vəzifəsində çalışmışdır.[2] 1971–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi, 1981–1986-cı illərdə isə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Təqaüdə çıxandan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının baş müşaviri kimi fəaliyyət göstərmişdir.[3]
Nəcməddin Əhmədov 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X və XI çağırış deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.[2] O, 20 ilə yaxın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti rəyasət heyətinin üzvü, Respublika Sülh Fondunun sədri, Beynəlxalq Qardaşlaşmış Şəhərlər Federasiyasının vitse-prezidenti olmuşdur. "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri, eləcə də Laosun "Milyon fil və ağ çətir" ordeni ilə təltif edilmişdir. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin, 3 dəfə isə SSRİ-nin Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr üzrə Sovet Cəmiyyətləri İttifaqının fəxri fərmanı ilə təltif olunmuşdur.[3]
Nəcməddin Əhmədov 7 sentyabr 1995-ci ildə vəfat etmişdir.[1] II Fəxri Xiyabanda dəfn olunmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 Ədalət Məmmədov. Şamaxı tarixində 100 qızıl imza. Bakı: Ziya. 2015. səh. 192–194.
- ↑ 1 2 3 Әһмәдов Нәҹмәддин Хәләф оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 171.
- ↑ 1 2 Kamil İbrahimov. Qədim Şirvan elinə səyahət. Bakı. 2017. səh. 456–458.
Xarici keçidlər
redaktə- Медина Гасанова. Жизнь после смерти или поэма о любви // Вышка (rus). № 32. 9 августа 2002 года. 2023-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2023.
- Все остается людям // Вышка (rus). № 29 (19725). 25 июля 2008 года. 2011-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2023.
- Əhmədov Nəcməddin Xələf oğlu // shamakhi-encyclopedia.az. 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2023.
- Ахмедов Наджимаддин Халаф оглы // Память народа (rus). İstifadə tarixi: 22 avqust 2023.