Nefteluq - Wikipedia
Söyüdlü (əvvəlki adı: Nəftəluq) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Muğan kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Svetlaya Zarya kənd inzibati ərazi dairəsi tərkibindəki Nəftəluq kəndi Söyüdlü kəndi adlandırılmışdır.[2]
Söyüdlü | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
Toponimikası
redaktəYaşayış məntəqəsi XIX əsrdə müxtəlif yerlərdən gəlmiş ailələrin Nəftəluq adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin məlumatına görə, keçmişdə tuluqlara doldurulmuş neft dəvələrlə gətirilib burada satılırdı. Bu fikrə əsaslanan tədqiqatçılar oykonimin neft və tuluq sözlərindən ibarət olduğunu bildirirlər. Başqa bir fikrə görə isə, oykonim neft sözü və məkan bildirən -luq şəkilçisindən (-ə bitişdirici saitdir) ibarət olub, "neftli yer" mənasındadır. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Söyüdlü (söyüd ağacları çox olan yer) adlandırılmışdır.[3]
Coğrafiyası və iqlimi
redaktəKənd Lənkəran ovalığında yerləşir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 880 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı". 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-28.
- ↑ Söyüdlü (Cəlilabad) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 132. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
redaktə Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |