Nerecan - Wikipedia
Nərəcan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Nərəcan kənd inzibati ərazi dairəsində kənd.[1]
Nərəcan | |
---|---|
41°32′13″ şm. e. 48°45′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xaçmaz rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 63 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2725 |
Tarixi
redaktəRəvayətə görə Şəki (Nuxa) rayonunun (hal hazırda Qəbələ rayonunun ərazisində yerləşən Mıxlı qovaq kəndindən) bir qrup əhali Xaçmaz tərəfə gəlmiş (gəlməklərinin səbəbi oradaki mübahisəli həyatları olub) və təqribən indiki Nərəcan kəndi ərazisində durmuşlar. Türk dilində nərə-yəni hara deməkdir. Elə kəndin adida oradan gəlir. Yəni haracan (nərəcan). 1905 və 1918-ci ildə kənd ərazisinə ermənilər basqın etmişdir. Bir çox evləri yandırmışlar və bir çox vəhşiliklər etmişlər.
Mədəniyyəti
redaktəKənd ərazisində 2 məscid var. Həmçinin burada fəaliyyət göstərməyən klub da var.
Coğrafiyası və iqlimi
redaktəKənd Xaçmaz və Xudat şəhərləri arasında Qusarçay çayının sağında yerləşir.
Əhalisi
redaktəƏhalinin əksəriyyəti yerli, həmçinin burada başqa millətlər də var (tat, söbülü və s.). Əhali hamısı müsəlmandır.
İqtisadiyyatı
redaktəKənd ərazisində kifayət qədər mağaza (məişət, ərzaq, tikinti materialları), çayxana, un fabriki, 2 aptek, 2 qəssabxana, bərbərxana və s. var. Həmçinin burada kənd əhalisinə məxsus olan bağlar da var.
Təhsil
redaktəBurada 2009-cu ildə yeni məktəbin açılışı olub. Məktəb şəhid Cəbiyev Cavidin adını daşıyır. Məktəbin hər il təqribən 30 məzunu olur və hər il təqribən 10 məzun ali məktəblərə qəbul olur.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
Xarici keçidlər
redaktə- azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
Xaçmaz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |