Neriman Axundzade - Wikipedia
Nəriman Axundzadə (23 aprel 2004, Bakı[1]) — azərbaycanlı futbolçu. "Qarabağ" klubunda və Azərbaycan milli komandasının heyətində hücumçu mövqeyində çıxış edir.[2]
Nəriman Axundzadə | ||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||
Tam adı | Nəriman Əhməd oğlu Axundzadə | |||||||||||||||||||||||||||
Doğum tarixi | 23 aprel 2004 (20 yaş) | |||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||
Boyu | 1,83 m | |||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||
Klub | Qarabağ | |||||||||||||||||||||||||||
Nömrəsi | 90 | |||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
|
Erkən həyatı
redaktəƏslən Lənkərandan olan Nəriman Axundzadə 23 aprel 2004-cü ildə Bakıda anadan olub. Lənkəranın tanınmış ustası olan usta Nəriman və hərbi polis mayoru Tofiq Mustafayevin nəvəsidir. Axundovlar ailəsinin son beşiyi olan Nərimanın futbol karyerası "Xəzər-Lənkəran" klubundan başlayıb. 12-13 yaşından isə "Qarabağ"ın aşağı yaş klubunda futbol fəaliyyətini davam etdirib.
Karyerası
redaktəQarabağ FK
redaktə"Xəzər Lənkəran" futbol klubunun yetirməsi olan Nəriman daha sonra "Qarabağ" klubuna qoşulub və digər yaş qruplar üzrə komandalarda da çıxış edib.[3] Nəriman Axundzadə 2022–23 mövsümünün 12-ci turunda "Qarabağ"ın heyətində "Şamaxı"ya qarşı oyunda 19-cu dəqiqədə Filip Ozobiçi əvəz edərək meydana çıxıb və komandasında debüt edib.[4] Həmin mövsüm o, komandasının Azərbaycan Premyer Liqasında qalib gəlməsində rol oynadı.[5]
N. Axundzadə avrokuboklarda ilk qolunu 2023/24 mövsümündə 1/16 final mərhələsində Bakıdakı cavab oyununda Portuqaliyanın "Braqa” klubuna 120+2-ci dəqiqədə vurmaqla komandasının 1/8 finala keçməsini təmin edib. Nəticədə Qarabağ 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib və Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.
Milli komanda
redaktəNəriman 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində çıxış edib.[6] O, İslam Həmrəylik Oyunlarında Azərbaycan milli komandasının heyətinə cəlb edilmişdi. O, 19 noyabr 2023-cü ildə UEFA Avro 2024-ün seçmə mərhələsində Belçikaya qarşı uduzduqları oyunda Azərbaycan millisinin heyətində debüt edib.[5]
Oyun statistikası
redaktəKlub
redaktə- 11 iyun 2024 tarixində yenilənib[7]
Klub | Mövsüm | Liqa | Milli Kubok[a] | Liqa kuboku | Qitə | Digər | Cəmi | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Liqa | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Qarabağ FK | 2022-23 | Azərbaycan Premyer Liqası | 9 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 9 | 0 |
2023-24 | Azərbaycan Premyer Liqası | 31 | 12 | 5 | 4 | 0 | 0 | 12 | 1 | 0 | 0 | 48 | 17 | |
Cəmi | 40 | 12 | 5 | 4 | 0 | 0 | 12 | 1 | 0 | 0 | 57 | 17 | ||
Karyerasında cəmi | 40 | 12 | 5 | 4 | 0 | 0 | 12 | 1 | 0 | 0 | 57 | 17 |
İstinadlar
redaktə- ↑ 1 2 Tarixi oyunda zəfər qoluna imza atan Nəriman kimdir?.
- ↑ "Nariman Akhundzada – Stats 23/24". www.transfermarkt.com (ingilis). 2024-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2023.
- ↑ "FutbolPress.Az | Toralın ilk məşqçisi: "Nəriman ən istedadlı uşağımızdır" (MÜSAHİBƏ)". futbolpress.az. 7 fevral 2012. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
- ↑ "18 yaşında "Qarabağ"da debüt etdi". qol.az (az.). 30.10.2022. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2023.
- ↑ 1 2 "Belçika – Azərbaycan: Millimiz Belçikaya böyük hesabla uduzdu". fanat.az. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
- ↑ "Cəlal Hüseynov, Emin Səfərov və Nəriman Axundzadə U-21-də!". 17 oktyabr 2023. 2023-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
- ↑ "N. Axundzada". Soccerway.com. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-24.