Neriman Nerimanovun Ev Muzeyi Tbilisi - Wikipedia
Nəriman Nərimanovun Ev Muzeyi — Tbilisi şəhərində yerləşən ev muzeyi. Azərbaycan Respublikasının mülkiyyətidir.[1]
Nəriman Nərimanovun Ev Muzeyi | |
---|---|
Açılış tarixi | 1982 |
Yenidən təşkil olunub | 2017 |
Ünvan | Tbilisi, İosif Qrişaşvili 41 küçəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Ekspozisiya
redaktəMuzeydə Azərbaycan Sovet dövlət xadimi Nəriman Nərimanovun həyat və yaradıcılığından bəhs edən eksponatlar, onun əlyazmaları, kitabları, əsərləri, ona ünvanlanan məktublar və s. təqdim olunub.
Tarixi
redaktəMuzey 1982-ci ildə Mirzə Şəfi küçəsində, Nəriman Nərimanovun əcdadlarına məxsus bir evdə açıldı. O. burada anadan olmuşdur.
2008-ci ilin dekabr ayında (digər mənbələrə görə, 2007-ci ildə[2]) bütün rayonun yenidən qurulması zamanı Mirzə Şəfi küçəsindəki köhnə binalar sökülmüş, Nəriman Nərimanov Ev-Muzeyi dağıdılmışdı[3], lakin Gürcüstan və Azərbaycan hökumətləri muzeyin yenidən qurulması haqqında razılığa gəldilər və məkan bərpa edildi[4], ancaq bu dəfə İosif Qrişaşvili 41 küçəsində[5].
Yenidənqurma işləri MStudio tərəfindən həyata keçirildi, ev həcminin artması ilə təzədən tikildi, bu sərgi sahəsini genişləndirməyə imkan yaratdı, 6 sərgi otağı, eyni zamanda inzibati və texniki otaqlar yaradıldı. Yenidən qurulan taxta sürahiləri olan məşhur gürcü balkonları xüsusi maraq doğurular. Evin qarşısında Nərimanovun büstü qoyulub.
İstinadlar
redaktə- ↑ NƏRİMAN NƏRİMANOVUN VƏ CƏLİL MƏMMƏDQULUZADƏNİN TBİLİSİDƏKİ EV-MUZEYLƏRİ AZƏRBAYCANIN MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNİN MÜLKİYYƏTİNƏ KEÇİRİLMİŞDİR Arxivləşdirilib 2023-08-06 at the Wayback Machine Azərbaycan Dövlət İnformasiya Agentliyi
- ↑ "В Тбилиси открылся обновленный музей азербайджанского деятеля Наримана Нариманова". 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
- ↑ Mədəniyyət və Turizm Nazirliyi Tiflisdə Nəriman Nərimanovun Ev Muzeyinin sökülməsi faktını təsdiqləyib Arxivləşdirilib 2023-08-06 at the Wayback Machine APA.az
- ↑ "Tbilisidə Nəriman Nərimanovun ev muzeyinin açılışı olub Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine" Trend Xəbər Agentliyi
- ↑ Nəriman Nərimanovun xatirə muzeyi [ölü keçid]