Nermine Memmedova - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Nərminə Ağası qızı Məmmədova-Qiyasbəyli (16 avqust 1929 - 24 mart 1997) — Azərbaycan müğənnisi.[1]
Nərminə Məmmədova | |
---|---|
Nərminə Ağası qızı Məmmədova-Qiyasbəyli | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bakı |
Vəfat səbəbi | Ürək tutması |
Dəfn yeri | Yasamal qəbiristanlığı |
Vətəndaşlığı | azərbaycanlı |
Həyat yoldaşı | Ramiz Qiyasbəyli |
Uşağı | Sevinc Qiyasbəyli |
Atası | Ağası Məmmədov |
Anası | Şəfiqə Məmmədova |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1950-1981 |
Həyatı
redaktəNərminə Məmmədova 1929-ci il 16 avqustda Qazaxda ziyalı ailəsində dünyaya gəlib. O doğularkən atası Ağası Məmmədbəyli Qazax rayon partiya komitəsinin birinci katibi işləyirdi. Amma əslən Göyçaydan idi; burada iri torpaq sahibi İsmayıl bəyin oğlu idi. Anası Şəfiqə xanım Azərbaycanın tanınmış ailələrindən olan Qiyasbəylilər nəslindən idi. O illərdə çox oxunan "Çalı quşu" romanının qəhrəmanının şərəfinə onlar övladlarının adını Fəridə qoyurlar. Çox keçmir ki, Ağası bəyi "xalq düşməni" ittihamı ilə həbs edirlər. O həbs olunan kimi ailəni yaşadıqları İstiqlal küçəsindəki geniş mənzillərindən çıxarıb İçərişəhərdə kiçik bir evə köçürürlər.
Şəfiqə xanım Stalin muzeyində (sonralar isə Ali Partiya məktəbində) işləyir. Fikirləşəndə ki, Fəridə adı qızına romanın qəhrəmanının taleyini qismət edər — o qızının adını dəyişdirib Nərmin yazdırır (get-gedə bu ad Nərminəyə çevrildi).
Bu evlərindən Nərminə 132 saylı məktəbdə oxumağa gedir. Lakin atasının həbsi ilə bağlı məktəbdən çıxmalı olur. Bir də qayıdıb 1946-cı ildə təkrar məktəb qapılarından girib orta təhsilini tamamlayır. 13 yaşından etibarən Pionerlər Evinə yazılır, məşqlərdə iştirak edir, Radiodakı əmək fəaliyyəti də tez başlayır. 1963-cü ildə Radionun Ərəb dilində verilişlər şöbəsinin əməkdaşı Sinan Səidlə birgə oxuduqları Kərkük mahnıları lentə alınır. Bakı Dövlət Universitetinin (o zamanlar ADU) Filologiya fakültəsinə daxil olur, professor Cəlal Quliyevdən, Əlövsət Abdullayevdən, Mir Cəlal, Ağamusa Axundov, Yusif Seyidov kimi tanınmış alimlərdən dərs alır. 1967-ci ildə universiteti bitirir.
Atası Ağası bəy də sürgünündən geri qayıdıb gəlir. Nərminə öz müasiri olan demək olar ki, bütün müqtədir bəstəkarların – Cahangir Cahangirovun, Tofiq Quliyevin, Əşrəf Abbasovun, Ağabacı Rzayevanın, Ramiz Mustafayevin, Andrey Babayevin, Qənbər Hüseynlinin, Səid Rüstəmovun mahnılarını ifa etmişdi. Nərminənin oxuduğu "Pıçıldaşın ləpələr", "Ay işığında", "Qərənfil", "İlk xatirələr", "Hardasan yar", "Alagöz", "Sirrimi bilmədin…" , "Habelə", "Aman ovçu", "Nar-nar" böyük məşhurluq qazanmışdır.
60-cı illərin əvvəllərində ailə qurur — nəcib bir ailədən olan ziyalı bir şəxslə — Ramiz Qiyasbəyli ilə evlənir. Bu nikahdan yeganə övladı Sevinc (Sevinc Qiyasbəyli - indi tibb elmləri doktoru, professordur) doğulur.
Nərminə Məmmədova 1997-ci il martın 24-də ürək tutmasından vəfat edib və Yasamal qəbristanlığında dəfn olunub.
İstinadlar
redaktə- ↑ İsaq, İ. Xalq düşməninin qızı niyə Xalq artisti ola bilmədi? – İradə İsaq yazır: Sənətdə olduğu 30 il ərzində bir dəfə də konsert verməyən, səsi yalnız radio və televiziyadan eşidilən məşhur müğənninin film kimi həyatından: [tanınmış müğənni Nərminə Məmmədova haqqında] //Həftə içi.- 2014.- 24 oktyabr.- S.6.
Xarici keçidlər
redaktə- Diktor necə müğənni oldu, əri qısqanan qadın niyə pərdənin arxasında gizləndi?
- Nərminə Məmmədovanın Yasamal qəbristanlığındakı məzarının yeri: Google Maps
Müğənni haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |