Nesimi Agayev - Wikipedia
Nəsimi Məhəmmədəli oğlu Ağayev (1979) — Azərbaycan diplomatı, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri.[3]
Nəsimi Məhəmmədəli oğlu Ağayev | |
---|---|
Vəzifədədir | |
19 avqust 2022[1] | |
Əvvəlki | Ramin Həsənov |
10 aprel 2012 – 19 avqust 2022[2] | |
Əvvəlki | Elin Süleymanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1979 |
Təhsili |
|
Fəaliyyəti | diplomat |
Təhsili
redaktəNəsimi Ağayev Almaniyanın Saarland Universitetinin[rus.], Avropa İnstitutunun Avropa Hüququnun (LL. M.) magistr dərəcəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcəsini almışdır. O, həmçinin, Avstriyada Vyana Diplomatik Akademiyasında[ing.] təhsil almışdır.
Ana dili olan Azərbaycan dilindən başqa İngilis, Fransız, Alman, Rus, İspan və Türk dillərini də bilir.
Fəaliyyəti
redaktə1999-cu ildə Azərbaycanın diplomatik xidmətinə qəbul edilmiş, ölkənin Avstriyadakı (2000–2003) və Almaniyadakı (2005–2008) səfirliklərində, eləcə də, Bakıda Xarici İşlər Nazirliyində xidmət etmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin 3–6 iyul 2000-ci ildə Avstriyaya rəsmi səfəri zamanı alman dili üzrə tərcüməçisi olub.[4] 2001–2003-cü illərdə Vyana Universitetində Azərbaycan dilini tədris etmişdir.
Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.[5]
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci ilin 19 avqustunda Azərbaycanın Almaniyadakı səfiri vəzifəsinə təyin olunmuşdur. Ondan öncə 2012–2022-ci illərdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu vəzifəsində çalışaraq, Azərbaycanı Kaliforniya və Amerika Birləşmiş Ştatlarının qərbindəki digər 12 ştatda təmsil etmişdir.
2010–2012-ci illərdə Vaşinqtonda Azərbaycanın Səfirliyində siyasi məsələlər üzrə müşavir vəzifəsində çalışmışdır.
Los Ancelesdə çalışarkən Nəsimi Ağayev 105 ölkəni təmsil edən, dünyanın ikinci ən böyük konsulluq korpusu (Nyu-Yorkdan sonra) olan Los Anceles Konsulluq Korpusunun sədri (duayen) olmuşdur.
O, Beynəlxalq Münasibətlərin Qafqaz Şərhi jurnalının[ing.] baş redaktoru olmuşdur və 2007-ci ildə Almaniyada nəşr olunan "Humanitar müdaxilə və beynəlxalq hüquq: Kosovoda NATO əməliyyatı" adlı kitabı yazmışdır.[6]
İstinadlar
redaktə- ↑ "N.M.Ağayevin Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
- ↑ "N.M.Ağayevin Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
- ↑ "Almaniyaya yeni səfir təyin olunan Nəsimi Ağayev Prezident İlham Əliyevə təşəkkür edib". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
- ↑ "With President Heydar Aliyev at his meeting with Austrian President Thomas Klestil. Vienna, Austria, July 4, 2000". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
- ↑ "Embassy of Azerbaijan to Germany. Nasimi Aghayev. Ambassador". 2021-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
- ↑ "Humanitäre Intervention ind Völkerrecht : der NATO-Einsatz I'm Kosovo". 2014-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.