Nesimi Dastani Balet - Wikipedia
Nesimi Dastani Balet - Wikipedia - Haqqında Məlumat
"Nəsimi dastanı" (en. A Tale of Nasimi; ru. Легенда о Насими, yaxud Сказание о Насими) — Fikrət Əmirovun 1973-cü yazdığı balet. Libretto yazıçı Anara məxsusdur. Baletmeyster Nailə Nəzirovanın quruluş verdiyi bu tamaşa ilk dəfə 23 sentyabr 1973-cü il tarixdə nümayiş etdirilərək, tamaşacıların böyük rəğbətini qazanmış, 1974-cü ildə isə Respublika Dövlət mükafatına layiq görülmüşdür.[1][2]
Nəsimi dastanı | |
---|---|
Tipi | Klassik |
Bəstəkar | Fikrət Əmirov |
Librettist | Anar |
Xoreoqraf | Nailə Nəzirova |
Premyera |
|
Personajlar | Nəsimi, sevgilisi, cəlladlar |
Məzmun
redaktəGörkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatından bəhs edir.
- I səhnə: Cəlladların rəqsi
- II səhnə: Nəsiminin monoloqu
- III səhnə: Nəsimi və sevgilisinin birinci dueti
- IV səhnə: Qızların Nəsimi və sevgilisi ilə rəqsi
- V səhnə: Hücum
- VI səhnə: Qızların kədəri
- VII səhnə: Nəsimi və sevgilisinin ikinci dueti
- VIII səhnə: Nəsiminin üsyanı
- IX səhnə: Savaş
- X səhnə: Əbədilik[3]
Baletdə Lütfiyar İmanovun ifasında Nəsiminin ariyası və dünyanı lənətləyən kiçik şeiri səslənmişdi.
Xarici keçidlər
redaktə- ↑ ""Azərbaycanşünaslığın aktual problemləri" adlı I beynəlxalq elmi konfrans, 2010. Hacıyeva Şəfəq - F. Əmirovun "Nəsimi dastanı" baletinin dramaturji xüsusiyyətləri" (PDF). 2014-07-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-04-07.
- ↑ "Анар - Постижение доступности. "Musiqi Dünyası" jurnalı". 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-02.
- ↑ "Fikrət Əmirovun diskoqrafiyası". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-07.