Nesir Imanquliyev - Wikipedia
Nəsrulla Əsədulla oğlu İmanquliyev (22 dekabr 1911, Bakı – 7 mart 1998[1], Bakı) — azərbaycanlı jurnalist, elm xadimi və ictimai xadim, Azərbaycan SSR Əməkdar jurnalisti (1990), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1976).[2][3]
Nəsir İmanquliyev | |
---|---|
Doğum tarixi | 22 dekabr 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 7 mart 1998[1] (86 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
Həyatı
redaktəNəsirulla Əsədulla oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1925–1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirmişdir. 1926-cı ildə Komsomol sıralarına qəbul edilmişdir. 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olaraq təhsilini davam etdirmişdir.[2][3]
Dövri mətbuatda ilk yazıları tələbəlik illərində, yəni 1934–1952-ci illərdə çap olunmağa başlayır. Həmin illərdə o, "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səs" qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifəsində çalışmışdır. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilmiş, orada o, "Vuruşan Krım" qəzetinin məsul katibi kimi fəaliyyət göstərmiş, eyni zamanda hərbi hissədə tərcüməçi kimi çalışmışdır.[2][3]
Bir il sonra, 1943-cü ildə Nəsir İmanquliyev "Kommunist" qəzetinə məsul katib təyin edilmiş, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görmüşdür. O, 1944-cü ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunmuşdur. 1946-cı ildə Moskvada Mərkəzi Qəzet kursunu bitirən Nəsir İmanquliyev 1947-ci ildə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamışdır. O, Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında dərs demişdir.[2][3]
Nəsir İmanquliyev 1948–1950-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Təhsilini iki ilə başa vurmuşdur. O, daha sonra təhsilini 1948–1955-ci illərdə Moskva Ali Partiya Məktəbində qiyabi olaraq davam etdirmişdir. 1958-ci ildə Nəsir İmanquliyev "Bakı" qəzetini yaratmış və 10 yanvar 1958-ci ildə qəzetin ilk nömrəsi işıq üzü görmüşdür. "Bakı" qəzeti 1958–1988-ci illərdə işıq üzü görmüşdür. Həmçinin 1963–1988-ci illərdə "Баку" qəzeti rus dilində fəaliyyətə başlamışdır. Nəsir İmanquliyev uzun illər yaratdığı bu iki qəzetin baş redaktoru vəzifəsində çalışmışdır.[2][3]
Nəsir İmanquliyev 1965-ci ildə "Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycanda sənaye və nəqliyyat işçilərinin əmək fəallığının sürətləndirilməsi uğrunda mübarizədə "Kommunist" qəzetinin rolu" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "N. Ə. İmanquliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Sərəncam imzalamışdır. Yenə həmin ildə Ömər Eldarovun müəllifliyi ilə yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetində xatirə lövhəsi açılmışdır. 2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Azərbaycanda Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilmişdir.[2][3]
Ailəsi
redaktəNəsir İmanquliyev Yusif bəy Sultanovun qızı Gövhər Sultanzadə ilə ailə həyatı qurmuş və bu evlilikdən onların yeganə qız övladı, görkəmli şərqşünas alim Aida İmanquliyeva dünyaya gəlmişdir. Aida xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın anasıdır.
Fəaliyyəti
redaktəKitabları
redaktə- "Zəhmətkeşlərin əmək qəhrəmanlığı uğrunda"(1967)
- "Jurnalistika məsələləri"(1966)
Məqalələri
redaktə- "Bakı-Donbas sosializm yarışı"(1944)
- "Mətbuat işinin mühüm sahəsi"(1955)
- "Arxa zəhmətkeşlərinin əmək qəhrəmanlığı uğrunda"(1965)
- "Azərbaycan qadınlarının böyük vətənpərvərliyi" (1965)
- "Qələbəmizə kömək" (1965)
- "Mübariz köməkçi" (1968)
- "Kommunist"in qələbəyə köməyi" (1969)
- "Başlıca mövzudan yazarkən..." (1970)
- "Səyimizi, təşəbbüsümüzü artıraq" (1971)
- "Dostluq əlaqələri möhkəmlənir" (1972)
- "Ümumxalq məhəbbətinin ifadəsi" (1977)
- "Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü" (1978)
- "Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin işi haqqında hesabat və Sov.İKP XXVI qurultayının və Azərbaycan Kommunist Partiyası XXX qurultayının qərarları ilə əlaqədar Respublika jurnalistlərinin vəzifələri" (1982)
- "Publisistik sözün gücü ilə" (1983)
- "Paytaxtımızın salnaməçisi" (1983)
- "Bakı" zərurətdən yarandı" (1998)
- "Cəsur döyüşçü" (2007)
- "...Sanballı vəzifə tutsam da, ürəyim qəzet redaktorluğunda idi..." (2007)
Vəfatı
redaktəNəsir İmanquliyev 7 mart 1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.[2][3]
Mükafatları
redaktəİstinadlar
redaktə- ↑ 1 2 http://anl.az/el/emb/NESIR_Imanquliyev/haqqinda/kitab/N.I.-100.pdf.
- ↑ 1 2 3 4 5 6 7 8 "Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və publisisti, Əməkdar jurnalist Nəsir İmanquliyev" (PDF) (Azərbaycan). anl.az. 1-10-2020 tarixində arxivləşdirilib (PDF).
- ↑ 1 2 3 4 5 6 7 8 "Nəsir İmanquliyev - 100" (Azərbaycan). anl.az. 5-11-2012 tarixində arxivləşdirilib.