Nesir Bey Tagiyev - Wikipedia
Nəsir Tağıyev (1879, Şamaxı – 9 sentyabr 1953, Moskva) — Azərbaycan SSR xalq maliyyə komissarı, komissar müavini, pedaqoq, ictimai xadim.[1]
Nəsir Tağıyev | |
---|---|
2 may 1921 – 1922 | |
Əvvəlki | Mirzə Davud Hüseynov |
28 aprel 1920 – 2 may 1920 | |
Komissar | Mirzə Davud Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 9 sentyabr 1953 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasi komissar |
Həyatı
redaktəNəsir bəy Hacı Məmməd oğlu Tağıyev Sankt-Peterburq Universitetinin Şərq fakültəsini bitirmişdir. 1900-cü illərin əvvəllərində Bakı gimnaziyasında müəllim işləmişdir. Sonra isə bank işçisi olmuşdur.
1953-cü ildə Moskva şəhərində ölüb. Novodeviçye qəbiristanlığında dəfn edilib[2].
Siyasi fəaliyyəti
redaktəNəsir Tağıyev 1920-ci ildə Azərbaycan Kommunist Partiyasına üzvü olmuşdur.
O, 28 aprel 1920-ci il tarixindın 2 may 1920-ci il tarixinədək Azərbaycan SSR xalq maliyyə komissarı Mirzə Davud Hüseynovun müavini olmuşdur.[3]. Nəriman Nərimanovun 2 may 1920-ci il tarixində xalq xarici işlər komissarı vəzifəsindən ayrılmasının ardınca xalq maliyyə komissarı Mirzə Davud Hüseynov xalq xarici işlər komissarı vəzifəsinə təyinat almış, müvafiq olaraq onun müavini Nəsir Tağıyev isə xalq maliyyə komissarı vəzifəsinə təyinat almışdır. O, 1922-ci ilədək bu vəzifəni daşımışdır.
Nəsir Tağıyev sonralar SSRİ Nazirlər Sovetində Azərbaycan SSR Nazirlər Sovetinin nümayəndəsi kimi çalışmışdır.[4].
İstinadlar
redaktə- ↑ "Nazirliyin tarixi". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
- ↑ "1 участок". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.
- ↑ Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin 7 iyul 1920 il № 82 dekreti
- ↑ "Тагиев". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.