N E Jukovski Adina Milli Aerokosmik Universitet Xarkov Aviasiya Institutu - Wikipedia
N.E. Jukovski adına Milli Aerokosmik Universitet və ya Xarkov Aviasiya İnstitutu (ukr. Національний аерокосмічний університет ім. М. Є. Жуковського «Харківський авіаційний інститут») - Ukraynanın aparıcı təhsil müəssisələrindən biridir, hansı ki, aviasiya və kosmik texnikanın tədqiqi və istehsalı sahəsi üzrə mütəxəssisləri hazırlayır.
N.E. Jukovski adına Milli Aerokosmik Universitet - Xarkov Aviasiya İnstitutu ХАИ | |
---|---|
Національний аерокосмічний університет ім. М. Є. Жуковського «Харківський авіаційний інститут» | |
50°02′31″ şm. e. 36°17′09″ ş. u.HGYO | |
Şüar | Знання, що підкорюють небо |
Əsası qoyulub | 1930 |
Tip | Milli |
Rektor | Krivsov V.S. |
Tələbə sayı | 10 000 |
Şəhər | Xarkov |
Ölkə | |
Ünvan | 61 070, Xarkov ş., Çkalov küç., ev 17 |
Sayt | khaiedu.org |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəXarkov Aviasiya İnstitutu 1930-cu ildə yaradılıb. Əvvəlcə onun tərkibinə iki fakültə, təyyarə və motor istehsalı fakültələri, daxil idi. İnstitutun yarandığı zaman onun cəmi 12 müəllim və 69 tələbəsi var idi. Amma institut tez inkişaf edirdi, və artıq 1932-ci ildə, XAİ-nun müəllimləri və tələbə-diplomçuları tərəfindən hazırlanmış - Avropada ilk yığılan şassisinə sahib olan - XAİ-1 sərnişin təyyarəsi havaya qalxdı.
1937-ci ilin noyabrından XAİ-da birinci raketləri layihələşdirən reaktiv qrup işləməyə başladı. 40-cı illərin başlanğıcına yaxın - institutda artıq təxminən 1000 tələbə var idi, eksperimental dizayn bürosu işləyirdi və fəal elmi araşdırmalar aparılırdı.
İnstitutun ixtisaslaşması daimi genişlənirdi, yeni fakültələr açılırdı. Yeni tədris korpusları və yataqxanalar tikilmiş, aerodinamik borular kompleksi açılmışdır.
1991-ci ildə, nə vaxt ki, Ukrayna müstəqil oldu, XAİ ölkənin avia-kosmik sahəsi üçün mütəxəssislərin kompleks hazırlığını həyata keçirən yeganə institut oldu. 1992-ci ildə institut xarici vətəndaşların təhsilinə başladı.
Özünün mövcudiyyət illəri ərzində aerokosmik universitet 53 mindən çox mühəndis hazırladı. Universitet haqlı olaraq öz alimlərinin səsdən surətli aerodinamika, aviasiya konstruksiyaların möhkəmliyi, aviasiya və raket mühərriklərinin qurulması, uçucu aparatları idarə sistemləri və bir çox başqa sahədə nailiyyətləri ilə fəxr edir.
Universitet inkişafını davam etdirir. 11 sentyabr 2000-ci il universitetə Milli statusu verilmişdir.
Fakültələr
redaktəBu gün XAİ-da mütəxəssislərin belə fakültələrdə hazırlığı həyata keçirilir:
- Təyyarəqayırma
- Mühərrik qayırma
- Uçucu aparatları idarə sistemləri (UAİS)
- Raket-kosmik texnikalar
- Uçucu aparatların radiotexnika sistemləri (UARS)
- İqtisadiyyat və idarəetmə
- Humanitar
- İxtisasın artırılmaları və ali məktəbə qədər hazırlıq
- Qiyabi
- Xarici vətəndaşların hazırlığı
Layihələr
redaktəUniversitet "Alfa" Beynəlxalq kosmik proqramın, həmçinin ABŞ-nın, Yaponiyanın, Almaniyanın, Meksikanın, Niderlandın, Çinin firmaları ilə elmi layihələrin şərikli icraçısıdır.
Xarkov aerokosmik universitetinin ərazisində məşhur "Şare" tələbə abidəsi qurulmuşdur.
Xarici keçidlər
redaktə- khai.edu — Rəsmi saytı
- Milli Aerokosmik Universitet at GEANOW[ölü keçid]
- ↑ 1 2 Directory of Open Access Journals. 2003.