Nabat Asurbeyova - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib.
Nabat Aşurbəyova | |
---|---|
Nabat Qoca qızı Aşurbəyova | |
Doğum tarixi | 1795 |
Doğum yeri | |
Vəfat tarixi | 7 dekabr 1912 |
Vəfat yeri | |
Həyat yoldaşı | Hacı Musa Rza Rzayev |
Uşağı |
|
Atası | Qoca bəy Aşurbəyov |
Fəaliyyəti | biznes ledi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi.
Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur. Nabat xanım Zivər bəyə xeyli vəsait verərək, onu məşhur məscidlərin memarlığını öyrənmək üçün Şərq ölkələrinə ezam etmişdir.
Səyahətdən sonra Zivər bəy ona arzuladığı hündür ikimərtəbəli (yaruslu) minarəsi olan yaraşıqlı məscidin layihəsini təqdim edir, lakin Bakı qubernator idarəsi pravoslav ruhanilərinin fitvası ilə minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə verdi. Əgər məscidin minarəsi iki mərtəbəli olsaydı, öz hündürlüyü və yaraşığına görə elə həmin dövrdə (1897-ci il) və yaxınlıqda tikilmiş Aleksandr Nevski pravoslav kilsəsini kölgədə qoyardı,
lakin qısa minarə ilə tikilməsinə belə baxmayaraq, Təzəpir məscidi Bakıda ən iri və möhtəşəm məscid olmaqla yanaşı, həm də şəhərə yaraşıq verən gözəl memarlıq abidəsi oldu. Məscidin özülünə birinci daşın qoyması üçün Nabat xanım, öz fəaliyyətinə adi bənna kimi başlayan məşhur xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevi dəvət edir. 9 ildən sonra, məscidin baş günbəzinə sonuncu daşı da o qoyur, lakin Nabat xanım öz arzusunun sona yetdiyini görmür. 1912-ci ildə — 117 yaşında ikən vəfat edir. Onun ölümündən 2 il sonra, 1914-cü ildə yarımçıq qalmış işini oğlu Hacı Abbasqulu Rzayev başa çatdırır. Nabat xanım və oğlu Hacı Abbasqulu məscidin girişində dəfn edilmişlər.
Nabat xanım dövlətli Bakı taciri Hacı Musa Rza Rzayevin həyat yoldaşı olmuşdur. Onların bir oğlu (Hacı Abbasqulu Rzayev) və 2 qızları – Əşrəf (Züleyxa) xanım və Gülbəstə xanım olmuşdur.