Nadir Ezmemmedov - Wikipedia
Nadir Mirzə oğlu Əzməmmədov (3 fevral 1953, Şamaxı rayonu) — "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı,[1] ikinci rejissor, aktyor, rejissor assistenti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Kinematoqrafçılar İttifaqları Konfederasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017).
Nadir Əzməmmədov | |
---|---|
Nadir Mirzə oğlu Əzməmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Nərimankənd, Qobustan rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Mirzə Əzməmmədov |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | aktyor |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNadir Əzməmmədov 3 fevral 1953-cü ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olub.
İncəsənət İnstitutuna qəbul olmamışdan öncə "Azərbaycanfilm" kinostudiyasının nəzdində Adil İsgəndərovun kursunda təhsil alıb. Bundan sonra (1972–1976-cı illərdə) Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb və 1977–1978-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra kinostudiyaya gəlib və burada "Od içində" (1978) filmində rejissor köməkçisi kimi çalışıb. Bu aktyorun kinoda ilk işi olub.
Rejissor assistenti və ikinci rejissor kimi çalışdı filmlərdə ikinci dərəcəli rollarda da oynayıb. "Şeytan göz qabağında" filmində "KAMAZ" sürücüsü, "Qara Volqa" filmində müstəntiq obrazlarını canlandırıb.
1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirdikdən sonra ikinci rejissor kimi fəaliyyətini davam etdirib. Ancaq quruluşçu rejissor olmağa vaxt olmayıb. Çünki SSRİ dağıldı və müstəqilliyin ilk illərində film çəkmək üçün maliyyə vəsaiti yox idi. Bundan sonra Dövlət Gömrük Komitəsinin mətbuat xidmətində çalışmağa başlayıb. Burada da bir müddət çalışdıqdan sonra N. Əzməmmədovu işləmək üçün Moskvaya dəvət etdilər. Moskvadan geri qayıtdıqdan sonra Dəmir Yolunun mətbuat xidmətində (1997-ci ildən) çalışmağa başlayıb. 2003-cü ildən isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisidir.
N. Əzməmmədovun rejissorluğu ilə "Dəmir yolunda dəmir intizam", "Polad magistralın simfoniyası", "Heydər Əliyevin rəhbərliyi altında dəmir yolu nəqliyyatının 30 illik inkişaf və tərəqqi dövrü", "Gələcəyə aparan yol", "Azərbaycan dəmir yolları müstəqillik illərində" sənədli filmlər ekranlaşdırılıb. Bütövlükdə bu müddət ərzində ölkə polad magistrallarından bəhs edən 3000-dən çox informasiya xarakterli süjetlər müxtəlif telekanallar vasitəsilə yayımlanıb.
İlk müəllimləri Adil İsgəndərov, Əbdül Mahmudov olub. İncəsənət İnstitutunda isə kursun rəhbəri Əşrəf Quliyev olub. Aktyor kinostudiyada bütün işlərdə çalışıb. Film direktoru, operator, ikinci rejissor işləmiş, eyni zamanda bədii filmlərdə aktyor kimi də çəkilib.
31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[2]
Filmoqrafiya
redaktə- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — rol: Arşak Qukasov
- Asif, Vasif, Ağasif (film, 1983) — rejissor assistenti, aktyor
- Birisigün, gecəyarısı... (film, 1981) — rejissor assistenti, aktyor
- Biz qayıdacağıq (film, 2007) — aktyor
- Gecə qatarında qətl (film, 1990) — ikinci rejissor, aktyor
- Hücum (film, 1989) — rejissor assistenti
- İşarəni dənizdən gözləyin (film, 1986)
- Qanlı zəmi (film, 1985) — rejissor assistenti
- Qara "Volqa" (film, 1994) — ikinci rejissor, aktyor (Səfərəli)
- Qəribə adam (film, 1979)
- Nəsimi (film, 1973) — aktyor
- Od içində (film, 1978) — aktyor
- Park (film, 1983) — aktyor
- Sizi dünyalar qədər sevirdim (film, 1985) — rejissor assistenti
- Şeytan göz qabağında (film, 1987) — ikinci rejissor, aktyor ("KAMAZ"ın sürücüsü)
- Tənha narın nağılı (film, 1984) — aktyor
- Yaramaz (film, 1988) — ikinci rejissor
- Yaşa, qızıl balıq (film, 1988) — ikinci rejissor
- Tərsinə çevrilən dünya (film, 2011)
- Sonuncu fəsil (teleserial, 2013) — aktyor (Mamed)
- Vicdan haqqı (teleserial, 2016) — (Saleh)
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-18.
- ↑ President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 31 iyul 2017. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-31.