Nadir Rustemov - Wikipedia
Nadir Həbib oğlu Rüstəmov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri (1974–1980), Azərbaycan SSR Nazirlər Soveti Dövlət Su Təchizatı, Su Ehtiyatlarının Mühafizəsi və İşlədilməsi İstehsalat Komitəsinin (1964–1974), Yerüstü və Yeraltı Su Ehtiyatlarını İşlətmə və Mühafizə Komitəsinin (1961–1964) sədri.
Nadir Rüstəmov | |
---|---|
18 aprel 1974 – 21 mart 1980 | |
Əvvəlki | Zülfüqar Bağırov |
Sonrakı | Mahmud Əliyev |
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Su Təchizatı, Su Ehtiyatlarının Mühafizəsi və İşlədilməsi İstehsalat Komitəsinin sədri | |
15 oktyabr 1964 – 18 aprel 1974 | |
Əvvəlki | komitənin adı dəyişdirilib |
Sonrakı | komitə ləğv edilib |
Azərbaycan SSR Nazirlər Soveti Yerüstü və Yeraltı Su Ehtiyatlarını İşlətmə və Mühafizə Komitəsinin sədri[a] | |
14 mart 1961 – 15 oktyabr 1964 | |
Əvvəlki | komitə yaradılıb |
Sonrakı | komitənin adı dəyişdirilib |
1957 – 1960 | |
Sonrakı | Salman Məlikov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 aprel 1913 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri |
Həyatı
redaktəNadir Həbib oğlu Rüstəmov 1913-cü ildə Tərtərdə yoxsul kəndli ailəsində anadan olmuşdur. Valideynlərini erkən yaşda itirdiyi üçün Tərtərdə uşaq evinə qəbul edilmiş, 1920–1925-ci illəri burada keçirmişdir. Burada o, birinci dərəcəli məktəbi bitirmiş, sonra isə Şuşa Pedaqoji Texnikumuna oxumağa göndərilmişdir. 1929-cu ildə texnikumu bitirdikdən sonra Tərtər rayonundakı Evoğlu kənd məktəbinə direktor təyin edilmiş və burada 1931-ci ilin sentyabr ayınadək işləmişdir.[1]
1931-ci ildə Nadir Rüstəmov Tiflisdəki Zaqafqaziya Mühəndis-Meliorasiya İnstitutuna daxil olmuş, 1933-cü ildə həmin institut Azərbaycan Kənd Təsərrüfatı İnstitutu ilə birləşdirildiyi üçün bu institutun Hidromeliorasiya fakültəsində təhsilini davam etdirmişdir. 1935-ci ildə fakültənin nəzəri kursunu bitirərək Tərtər HES tikintisində iş icraçısının köməkçisi vəzifəsində çalışmış və burada diplom işini başa çatdırıb müdafiə etmişdir.[1]
Nadir Rüstəmov 1938-ci ildə Bakıya gələrək Azərbaycan dəyirman tresti sistemində işləmiş, sonra Azərbaycan SSR Su Təsərrüfatı Xalq Komissarlığı Mexaniki Suvarma İdarəsinin tikinti qrupuna rəhbərlik etmişdir. 1944-cü ildə o, Azərbaycan SSR Dövlət Nəzarəti Nazirliyinə keçirilmiş, 1950-ci ildə SSRİ Dövlət Ərzaq və Material Ehtiyatları Nazirliyinin Azərbaycan ərazi idarəsi üzrə SSRİ Dövlət Nəzarəti Nazirliyinin baş nəzarətçisi təyin edilmişdir.[1]
Nadir Rüstəmov 1955–1957-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini[1], daha sonra müdiri işləmişdir.[2] 1960-cı ilədək Azərbaycan KP Mirbəşir Rayon Komitəsinin birinci katibi, 1961-ci ildən isə Azərbaycan SSR Nazirlər Soveti Yerüstü və Yeraltı Su Ehtiyatlarını İşlətmə və Mühafizə Komitəsinin sədri olmuşdur.[3] 1964–1974-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Su Təchizatı, Su Ehtiyatlarının Mühafizəsi və İşlədilməsi İstehsalat Komitəsinin sədri, 1974-cü ilin aprel ayından isə Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri vəzifələrində çalışmışdır.[4]
Nadir Rüstəmov 1945-ci ildə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmişdir. O, Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının sədri olmuş, 5-ci və 9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[2]
Qeydlər
redaktə- ↑ 14 mart 1961 – 30 mart 1963-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti Yerüstü və Yeraltı Su Ehtiyatlarından İstifadə və Onları Mühafizə Komitəsinin sədri kimi
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Надир Һәбиб оғлу Рүстәмов // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 410.
- ↑ 1 2 Рүстәмов Надир Һәбиб оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 302.
- ↑ Rustamov, Nadir Garibogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 529.
- ↑ Rustamov, Nadir Garib ogly // Who's Who in the Socialist Countries (ingilis). New York: Saur. 1978. səh. 525. ISBN 0-89664-011-6.